"Qaytarılmış cənnət" () — Con Miltonun ilk dəfə 1671-ci ildə nəşr olunan poeması. Bu poema sonrakı dövrlərdə "İtirilmiş cənnət" poemasına yazılmış bir son söz kimi qarşılanmışdır. "Qaytarılmış cənnət" poeması 4 nəğmə və iki min misradan ibarət idi.

Məzmun "Qaytarılmış cənnət" poemasında İblisin İsanı aldada bilməməsi haqqındakı xristian əfsanəsi nəzmə çəkilmişdir. Miltonun il poemasına xas olan üsyankarlıq ruhu, "nüfuza qarşı üsyanın təntənəsi" burada yoxdur. Adəm və Həvva aldanıb yoldan çıxırsa, günah edirsə, onların varisi olan İsa mərdanəliyi və dəyanəti ilə İblisə qalib gəlir, bəşəriyyəti cəhənnəm əzablarından qurtarır.

İstinadlar

Əlavə ədəbiyyat

Northrop Frye, The Return to Eden: Five Essays on Milton’s Epics (Toronto: , 1965). Introduction to Paradise Regained, in The Complete Poetry and Essential Prose of John Milton, ed. William Kerrigan, John Rumrich, and Stephen M. Fallon (New York: Modern Library, 2007). Barbara Lewalski, Milton’s Brief Epic: The Genre, Meaning, and Art of Paradise Regained (Providence: , 1966). Susanne Woods, introduction to Paradise Lost & Paradise Regained, published by Signet Classics.

Xarici keçidlər

E-text from the John Milton Reading Room «Symbolism in Paradise Regained»

Kateqoriya:Con Milton