Təbii Sərvətlərin Mühafizəsi Xidməti (), keçmiş adı Torpağın Mühafizəsi Xidməti () — ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə və digər özəl torpaq sahiblərinə və idarəçilərə texniki yardım göstərən təşkilat.

Təşkilatın adı 1994-cü ildə Bill Klintonun prezidentliyi dövründə onun daha geniş missiyasını əks etdirmək üçün dəyişdirildi. Təşkilat nisbətən kiçik sayılır və hazırda təxminən 12.000 işçisi var. Təşkilatın missiyası dövlət və yerli qurumlarla əməkdaşlıq yolu ilə özəl torpaqlarda təbii ehtiyatları yaxşılaşdırmaq, qorumaq və yaxşı şəraitdə saxlamaqdır. Təşkilatın əsas diqqəti kənd təsərrüfatı torpaqlarında olsa da, torpağın ölçülməsi, təsnifatı və suyun keyfiyyətinin yaxşılaşdırılmasına bir çox texniki töhfələr vermişdir.U.S. Natural Resources Conservation Service (NRCS). Washington, DC. "Soil Survey Programs." Accessed 2009-06-05.NRCS. "National Conservation Practice Standards." National Handbook of Conservation Practices. Accessed 2009-06-05.

İstinadlar

Kateqoriya:ABŞ-nin dövlət qurumları