İvan İliçin ölümü - Lev Tolstoyun 1886-cı ildə yazdığı realist roman. Roman Tolstoyun həyatının son dövründə ortaya qoyduğu yeni əxlaq anlayışının ilk nümunələrindən biri hesab olunur. L.Tolstoy bir məktubunda qeyd edir ki, bu əsər adi bir adamın adi ölümünün öz gözündən təsviridir.
Mövzusu Əsər İvan İliçin son günlərində çəkdiyi əzablı ağrılar və ölümü üzərində qurulmuşdur. Əsər sırf maddi mənfəətə köklənmiş bir həyatın mənasızlığını, mənfəətin bitdiyi və mənəvi ağrıların dözülməz həddə çatdığı halı əks etdirir. Tolstoyun 1870-ci illərin sonuna doğru özüylə girişdiyi ağır hesablaşma nəticəsində girdiyi çətin böhranın ardından qələmə aldığı romanın ilk səhifələrindən görünür ki, İliçin evlilik həyatında atdığı səhv addımlar və həyatında yanlış insanların olması həyatını mənasızlaşdıran başlıca ünsürlərdir.
Personajlar
İvan İliç Qolovin Praskovya Federovna Qolovina Vladimir İvaniç (Vasya) Lisa Feordor Petroviç Peter İvanoviç Mikayil Daniloviç İvan Yeqoroviç Şebek Gerasim Solokov Keşiş
Xarici dillərə tərcüməsi
İvan İlyiç’in Ölümü (Haydar Rifat Yorulmaz, 1935; N.Y. Taluy, 1945; Mehmet Özgül, 1969; G. Suveren, 1974);
İstinadlar
Kateqoriya:Ədəbiyyat Kateqoriya:Lev Tolstoyun əsərləri Kateqoriya:Rusiya fəlsəfəsi Kateqoriya:Fəlsəfi ədəbiyyat