Pavil Nedved () — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edilir. O, daha çox İtaliya çempionatında "Latsio" və "Yuventus" klublarında çıxış edib və onlarla birlikdə bir sıra kuboklar qazanıb.
Dövrünün ən güclü yarımmüdafiəçilərindən biri hesab edilən o, 2003-cü ildə göstərdiyi gözəl oyuna görə mövsümün ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görülüb. İtaliyanın "Latsio" klubuyla UEFA Kuboklar Kubokunu qazanıb.
O, dözümlülüyü və uğurlu cinah ötürmələri ilə tanınırdı. "Yuventus"da oynadığı zaman "Yuventus" azarkeşləri ona "Çex qəzəbi" ləqəbini verirlər.
Nedved peşəkar futbolda 19 mövsüm keçirdikdən sonra 2009-cu ildə fubolçu karyerasını bitirir.
Həyatı 30 avqust 1972-ci ildə Çexoslovakiyanın Almaniya sərhədində yerləşən Xeb şəhərində anadan olub və yaxınlıqdakı Skalnada kəndində böyüyüb.
Karyerası Nedved futbolçu karyerasına doğma Çexoslovakiyada başlayıb. Kiçik yaşlarından futbol azarkeşi olan o, 1977-ci ildə 5 yaşında Skalnanı təmsil edən "Tatran" klubunda oynamağa başlayıb. Nedved 1985-ci ildə Xeb şəhərini təmsil edən "Rudá Hvězda Cheb" klubuna keçir. Burda göstərdiyi istedadı ilə digər klubların marağını çəkən Pavel Nedved, Pilzeni təmsil edən "Şkoda Plzen" klubuna dəvət edilir.
1990-cı ildə Nedved hərbi xidmətinin bir hissəsi olaraq Çexiya ordusunun idarə etdiyi "Dukla Praqa" klubuna icarəyə verildi. 28 oktyabr 1991-ci ildə Nedved "Dukla Praqa"nın heyətində ilk oyununa çıxır. Hərbi xidməti bitirdikdən sonra 1992-ci ildə "Sparta Praqa" klubuna transfer oldu. Pilzen klubuyla Praqa klubunun arasında olan müqaviləyə görə Nedved xarici kluba keçərsə, Pilzen transfer haqqının 30%-ni almalı idi.
Nedved "Sparta"da 4 il keçirir və meydana çıxdığı 97 oyunda 23 dəfə fərqlənir.
1996-cı ildə təşkil olunmuş Avropa Çempionatındakı gözəl oyunundan sonra İtaliyanın "Latsio" klubuna transfer edilir. Nedved İtaliya klubu ilə 1,2 milyon lirə müqabilində dörd illik müqavilə imzaladı. 7 sentyabr 1996-cı ildə Bolonya ilə matçda "Latsio"nun heyətində A Seriyasında debüt etdii. Oktyabrın 20-də İtaliyada ilk qolunu "Kalyari"yə vurdu. Həmin mövsüm Nedved liqada "Latsio"nun heyətində yeddi dəfə qol vurdu.
Nedved "Latsio"nun heyətində liqada 137 oyunda meydana çıxaraq 33 qol vurur.
2001-ci ilin yayında Nedved 38,7 milyon avroya Turin "Yuventus"una keçir. Karyerasının sonuna kimi "Yuventus"un formasını geyinən futbolçu, burada meyda çxdığı 247 oyunda 51 qol vurur.
Uğurları
Komanda
"Sparta Praqa" Çexoslovakiya çempionu: 1992/93 Çexiya çempionu (2): 1993/94, 1994/95 Çexiya Kubokunun qalibi: 1996
"Latsio" İtaliya çempionu: 1999/00 İtaliya kubokunun qalibi (2): 1997/98, 1999/00 İtaliya Superkubokunun qalibi (2): 1998, 2000 Kuboklar Kubokunun qalibi: 1998/99 UEFA Super Kubokunun qalibi: 1999
"Yuventus" İtaliya çempionu (2): 2001/02, 2002/03, 2004/05, 2005/06 (son 2 titul ləğv edildi) İtaliya Superkubokunun qalibi (2): 2002, 2003 UEFA Çempionlar Liqasının finalçısı: 2003
"Çexiya milli komandası" Vitse Avropa Çempionu 1996 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı
Fərdi Qızıl topun qalibi (Fransa Futbol): 2003 Çexiyada ilin futbolçusu (4): 1998, 2000, 2003, 2004 Çex "Qızıl Topu" (6): 1998, 2000, 2001, 2003, 2004, 2009 İtaliyada ilin futbolçusu: 2003 2004 "Qızıl Ayaq" Mükafatı Qalibi UEFA İlin Yarımmüdafiəçisi: 2003 UEFA-ya görə Avropanın simvolik komandasına daxil edilib (3): 2003, 2004, 2005 ESM üzrə 2 dəfə Avropanın simvolik komandasına daxildir: 2001, 2003 "World Soccer"ə görə Dünyanın ən yaxşı futbolçusu: 2003 "Guerin Sportivo"ya görə İtaliyada ilin futbolçusu: 2003 İtaliyada ilin ən yaxşı əcnəbi futbolçusu: 2003 2004-cü il Avropa çempionatının nəticələrinə görə simvolik komandaya daxil edilib (UEFA-nın məlumatına görə) FIFA 100 siyahısındadır
Oyun statistikası
Klub Sources: Liqa oyunları, Yuventus heyətində İtaliya kuboku, Avropa statistikası + Klublara görə oyun və qol sayıKlubSezonLiqaKubokAvropaDigərToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolDukla Praqa1991–92Çexoslovakiya birinci liqası193——193Sparta Praqa1992–93Çexoslovakiya birinci liqası1705UEFA Kuboklar Kuboku oyunları0—2201993–94Çexiya birinci liqası2334UEFA Çempionlar Liqası oyunları0—2731994–95Çexiya birinci liqası27620—2961995–96Çexiya birinci liqası30148UEFA Kuboku oyunları4—3819Total97231950011628Latsio1996–97A Seriyası3273132—38101997–98A Seriyası261162112—43151998–99A Seriyası21140841İtaliya Superkuboku oyunu13461999–2000A Seriyası285611211Uefa Super Kuboku oyunu04772000–01A Seriyası31931103104513Total1383322544123120751Yuventus2001–02A Seriyası3244070—38102002–03A Seriyası299101551043152003–04A Seriyası3064062103462004–05A Seriyası27710103—4772005–06A Seriyası33540821045132006–07B Seriyası331131——36122007–08A Seriyası31221——3332008–09A Seriyası3273090—447Total2475122255123032765Career total5011104471182961669147
Milli komanda + Milli komandada oyun və qol sayıMilli komandaİlOyunQolÇexiya1994101995401996122199710219983119999220001042001114200260200382200490200520200661Total9118
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Çexoslovakiya futbolçuları Kateqoriya:Çexiya futbolçuları Kateqoriya:Sparta Praqa FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Qızıl top alanlar Kateqoriya:FİFA 100 Kateqoriya:UEFA Avro 1996 futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Çexiyanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri