left|thumb|Mingəçevirdən tapılmış şamdan ayağında: 𐔵𐕒𐕡 𐕣𐔼𐕎 𐕢𐔴 (zu kin pe) — Bunu əllərimlə düzəltdim 𐔼 (səslənməsi: ; transkripsiyası: I, i) — Alban əlifbasının 13-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Írb) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı hardasa doğrudur. Çünki hərf adındakı diakritik işarə ermənicə tələffüzdən kənara çıxır. Bu, udlaqlaşmış artikulyasiyanı göstərə bilər, lakin nəticədə yaranan forma (*iˤrb) fonotaktik olaraq yüksək olacaq, çünki bu tip samit çoxluğu ilə bitən əsl alban sözləri yoxdur.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–6 Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərfin prototipi ermənicə Ի hərfi olub.Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 29 Fonetik olaraq Azərbaycan dilindəki İ hərfi ilə eyni səsi bildirir. Rəqəm dəyəri 40-dır. Müstəqil istifadə zamanı həm çinin "və" mənasını da verir.
Nümunələr: Alban yazısıTranskripsiyasıTərcüməsiUdi dilində𐔼𐕖ičöziç𐕛𐔼𐕖𐔼vičiqardaşviçi𐔼𐕐𐕒𐕡išukişiişu
İstinadlar
Kateqoriya:Alban əlifbası