Uran (tam adı: İbrahim İbrahimov; ) — Azərbaycanlı repçi.
Uran müxtəlif dövrdə Cəza, Salvo, Detsl, Diana Hacıyeva, Paster, ProMete, Xpert, Payam Turk, F'rhyme və digər sənətçilər ilə əməkdaşlıq edib.
Həyatı
Erkən illəri Uran 1983-cü il dekabr ayının 20-də Xaçmaz şəhərində dünyaya gəlmişdir.
Yaradıcılığı 1996-cı ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.
Hip-hopda ilk təxəllüsü "Mr Ib" olub. 2001-ci ilin mart ayından M. T. Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup "Mənim lomka həyatım" treki ilə Vətən diskotekasında keçirilən yeraltı () festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M. S. Street qrupu dağılır və Mr. Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin Şən və Hazırcavablar Klubunun təqdimat gecəsində ilk çıxışını edir
2004-cü il yanvarın 11-də "Caspian Clan" rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini "Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam" telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.
2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə "Urban Culture" adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.
2007-ci ilin aprel ayında "Mən Də Varam 3" telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan "Da Streetz"in tərkibinə daxil olur.
2008-ci il aprel ayının 20-də "Rap Time" adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə "Milli düşüncə və gənclər" mahnısı ilə birinci yerə layiq görülür.
2010-cu illər 2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.
2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olub.
Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.
Şəxsi həyatı Ailəlidir. Bir qızı var.
2017-ci ildə Azad Azərbaycan TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib.
Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.
Studiya albomları Ad İl Albomun üz qabığı Qeyd Hörmətlə Uran 2005 Mənasız şeylər 2009 Açıq mikrofon 2013 ClassX 04•11 2021
Miksteyp albomları Ad İl Albomun üz qabığı Qeyd Qaralama 2011
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan repçiləri Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:XXI əsr Azərbaycan musiqiçiləri