250px|thumb|right|Mustafa Kamal Atatürk 1931-ci ildə Anadolu turları zamanı bir vətəndaşla söhbət edir. 250px|thumb|right|İstanbul Hərb Muzeyində saxlanılan şüarın müxtəlif dillərdə yazılmış lövhə Yurdda sülh, cahanda sülh! () — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir.Mehmet Gönlübol, Atatürk’ün Dış Politikası; Amaçlar ve ilkeler, Atatürk Yolu, 1981, s. 269. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında "Yurdda sülh, cahanda sülh" şüarını tələffüz edib.Atatürk’ün Tamim, Telgraf ve Beyannameleri, C. IV, (1917-1938), s. 549-552. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

Tarixi Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".As translated by Mete Avcı Metheus

"Yurdda sülh, cahanda sülh" şüarı bundan sonra Türkiyədə dövlət idarəçiliyinin və istənilən dövlət fəaliyyətinin mərkəzi prinsipi kimi qəbul edildi.

Bu prinsip 1961 və 1982-ci il Türkiyə Respublikasının Konstitusiyalarında da yer alan Cümhuriyyətinin əsas xarici siyasət şüarı oldu. Dövlət idarəçiliyində və dövlətin bütün növ fəaliyyətlərində rəhbər tutulan "Yurdda sülh, cahanda sülh" prinsipi həm də üstün bir qanunun aliliyidir. “YYurdda sülh, cahanda sülh!” prinsipi bir tərəfdən ölkə daxilində əmin-amanlıq içində yaşamaq, digər tərəfdən isə beynəlxalq sülh və təhlükəsizlik məqsədi daşıyır. Prinsip dövlətin həm daxili, həm də xarici siyasətinin təməl əsasını təşkil edir.

Dünyada baş verə biləcək hər hansı bir iğtişaşın hər kəsə zərər verə biləcəyini və buna görə də millətlərin başqa xalqların problemlərinə biganə qala bilməyəcəyini ifadə edən kamalizmin inteqrativ prinsiplərindən biridir."Yurdda sülh, cahanda sülh" ən geniş mənada texniki ifadədir və eyni zamanda kollektiv təhlükəsizliyə, beynəlxalq sülhün qorunmasına və davamlılığına aiddir.

"Yurdda sülh, cahanda sülh" ifadəsi bugünkü türkcədə də “Yurtta barış, dünyada barış” kimi də deyilir.

İstinadlar

Xarici keçidlər

Mustafa Kamal Atatürkün həyatı Atatürk Araşdırma Mərkəzi Mustafa Kamal Atatürk

Kateqoriya:Mustafa Kamal Atatürk Kateqoriya:Atatürk irsi Kateqoriya:Atatürkçülük Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:Milli simvollar Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Türk dilində sözlər və ifadələr Kateqoriya:Şüarlar