Burun tutulması — burun keçidlərinin tıxanması nəticəsində yaranan vəziyyət. Ümumi səbəb qan damarlarının iltihabı nəticəsində burun boşluğunu əhatə edən membranların şişməsi.

Əgər həddindən artıq selik boğazın arxasına axırsa (bu, postnazal sindrom və ya postnazal damcı sindromu adlanır), öskürək və ya boğaz ağrısı baş verə bilər. Bəzi araşdırmalar kifozun insanda inkişaf etməsini burun tutulması ilə əlaqələndirir. Simptomları

Təxminən 85% hallarda burun tutulması burundan deyil, ağızdan nəfəs alma ilə nəticələnir.

Burun tutulması müxtəlif səbəblərdən yarana bilər. Vəziyyət yüngül narahatlıqdan həyatı təhlükəyə qədər dəyişə bilər.

Burun tutulması eşitmə və danışığa mane ola bilər. Əhəmiyyətli burun tutulması yuxuya mane olur, xoruldamağa səbəb ola bilər və yuxu apnesi və yuxarı tənəffüs yollarının müqavimət sindromu ilə əlaqələndirilə bilər. Uşaqlarda burun tutulması

Yeni doğulmuş körpə burnundan nəfəs almağa üstünlük verir. |том=40 |номер=10 |страницы=567—569 |pmid=11681824 |doi=10.1177/000992280104001006 |язык=en |автор=Bergeson, PS; Shaw, J.C. |месяц=10 |год=2001 |тип=journal. Uşaqlarda genişlənmiş adenoidlərdən yaranan burun tutulması oksigen səviyyəsinin çatışmazlığı hipoksiya ilə xroniki yuxu apnesinə səbəb olur. Problem adətən adenoidləri və badamcıqları çıxarmaq üçün əməliyyatdan sonra həll olunur, lakin xroniki burun tutulması səbəbiylə üz-kəllə dəyişiklikləri səbəbindən problem daha sonra təkrarlana bilər. Səbəbləri

Allergiyalar Nazofaringit (soyuqdəymə) və ya qrip Zökəm Burun çəpərinin əyilməsi Dərman qəbulu nəticəsində əmələ gələn rinit (bəzi burun spreyləri uzunmüddətli istifadəsi nəticəsində yaranan burun tutulması). Sinüzit və ya sinus infeksiyası Dar və ya yastı burun qapağı Hamiləlik dövründə qadınlarda qan axınının artması səbəbindən burun tutulması ola bilər. Burun polipi Qastro-ezofageal reflyuks xəstəliyi (nəzəri olaraq xroniki rinosinüzitə səbəb olan - "hava yollarının reflü paradiqması"). Boş burun sindromu COVİD-19 İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə simptomlar Kateqoriya:İmmunologiya