Hənif () — İslamdan əvvəlki Ərəbistanda yaranmış dini monoteizm formalarından biri. Hənifilik həm yəhudilik, həm də xristianlıqdan təsirlənmişdir. Hənifilik ardıcıllarına həniflər deyilir.
İbrahim Quranda İbrahim peyğəmbərin adı Hənifdir. Mədinə surələrində hənif müsəlman termini ilə sinonimdir. İslam ehkamına görə, Məhəmməd peyğəmbər İbrahim peyğəmbərin həqiqi tövhidini dirçəltmişdir.
Tarix Quran insanlara çatmazdan əvvəl tövhidə inanan insanlara ərəbcə hənif deyilirdi. Bu insanların İbrahim peyğəmbərin yolu ilə getdiyinə inanılırdı. Həniflər tövhidi qəbul edir və ritual təmizliyə riayət edirdilər. Onlar nə xristianlığı, nə də yəhudiliyi tam qəbul etməmişlərdi. Onlar içki içmir, qəbilə bütlərini ləğv etməyə çağırır və Ərəbistan üçün nisbətən sadə, əlçatan bir dini sistem yaratmağa çalışırlar. Əbdülmüttalib, Abdullah və Əminə tarixdə məlum olan Həniflərdir. Məhəmməd peyğəmbər də peyğəmbərlik verilməmişdən öncə fəal Həniflər arasında idi.
VIII-IX əsrlərdə müsəlman ədəbiyyatında müsəlmanlar “hənif”, islam isə “hənif dini” sözü ilə ifadə olunmağa başlanılır. “Hənif” ifadəsini sufilər çox vaxt özlərinə aid etmək üçün işlədirlər. Xristian ərəb müəllifləri də müsəlmanları həniflər adlandırırdılar.
Ədəbiyyat Беляев Е. А.,. Арабы, ислам и арабский халифат в раннее средневековье. — 2 изд. — М., 1966. — С. 103—108.; Браницкий А. Г., Корнилов А. А. Религии региона. — Н. Новгород: ННГУ имени Н. И. Лобачевского, 2013. — 305 с. Архивная копия от 28 июля 2014 Кашталева К. С. О термине «ханиф» в Коране. — ДАН-В, 1928. — С. 157—162.; Марр Н. Я. Арабский термин «ханиф» в палеонтологическом освещении. Предварительный набросок // Известия Академии наук СССР. VII серия, ОГН. — 1929. — № 2. — С. 85—95. Петрушевский И. П. Ислам в Иране в VII—XV веках. — Л., 1966. — С. 13—14.; Пиотровский М. Б. Ханиф // Ислам: энциклопедический словарь / Отв. ред. С. М. Прозоров. — М. : Наука, ГРВЛ, 1991. — С. 273. — 315 с. — 50 000 экз. — ISBN 5-02-016941-2. Hənifizm — Böyük Sovet Ensiklopediyası. ; Ḥanīf // Encyclopaedia of Islam. 2nd ed : [англ.] : in 12 vol. / ed. by P. J. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs et al. — Leiden : E.J. Brill, 1960—2005.
İstinadlar
Kateqoriya:İslam terminləri Kateqoriya:Səmavi dinlər Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Din tarixi Kateqoriya:Xristianlıq Kateqoriya:İslam tarixi