Azərbaycan 2024 Yay Olimpiya Oyunlarında — 2024-cü ilin 26 iyul–11 avqust tarixlərində Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu.

Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının 2020-ci il olimpiadasında baş verən eniş tempindən sonra artımı idi. Azərbaycanı son olaraq 2020-ci ildə 44 idmançı təmsil eləmişdi. Komandanın heyətində 48 idmançıdan 19-u qadın idi. Bu da Azərbaycanın Olimpiya Oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2020-ci ildə baş tutan turnirdə Azərbaycanı cəmi 16 qadın idmançı təmsil edirdi. Azərbaycan 2020-ci ildə Olimpiya Oyunlarında idman gimnastlarının və velosipedçilərin turnirlərində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növləri üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycanı Olimpiya Oyunlarında birinci dəfə 3x3 basketbolçular və batut gimnastları təmsil etdi. Azərbaycan yığmasının heyətində ən çox güləşçilər — 12 nəfər və cüdoçular — 9 nəfər yer aldı. Komandanın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu. Komandanın heyətində yer alan idmançılardan biri son Dünya çempionu, dördü isə son Avropa çempionu idilər. Cüdoçu Hidayət Heydərov isə həm son Dünya, həm də son Avropa çempionu olaraq olimpiada da mübarizə apardı. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər.

Nəticədə Azərbaycan Milli Olimpiya Komandası Paris Olimpiadasını 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev final görüşündə qələbə qazanaraq Paris Olimpiadasının qalibi oldu. Taekvondoçu Qaşım Maqomedov həlledici görüşdə zədə səbəbilə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu, yunan-roma güləşçisi Həsrət Cəfərov isə Paris Olimpiadasısını bürünc medalla başa vurdu.

Paris Olimpiadasında 7 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 30-cu pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.

Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası XXXIII Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olub.

27 yaşlı cüdoçu Hidayət Heydərov və 25 yaşlı cüdoçu Zəlim Kotsoyev olimpiada da bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medalların sahibi oldu. Heydərovun qazandığı qızıl medal Azərbaycanın Olimpiya Oyunları tarixində əhəmiyyətli idi. Heydərov 8 ildən sonra olimpiya çempionu olan birinci Azərbaycan idmançısı, 12 ildən sonra olimpiya çempionu olan birinci azərbaycanlı və 16 ildən sonra olimpiya çempionu olan birinci Azərbaycan cüdoçusu oldu.

Hidayət Heydərov və Zəlim Kotsoyev stend atıcısı Zemfira Meftahətdinova, sərbəst güləşçi Şərif Şərifov və taekvondoçu Radik İsayevdan sonra həm Olimpiya, həm Dünya, həm də Avropa Çempionatlarının qalibi olmağı bacaran dördüncü və beşinci Azərbaycan idmançısı olaraq tarixə düşdülər.

MedalMedalçıİdman növüYarışTarix25x25pxHidayət HeydərovCüdoKişilər, −73 Kq.29 iyul25x25pxZəlim KotsoyevCüdoKişilər, −100 Kq.1 avqust25x25pxQaşım MaqomedovTaekvondoKişilər, −58 Kq.7 avqust25x25pxLoren AlfonsoBoksKişilər, −92 Kq.9 avqust25x25pxHəsrət CəfərovGüləşYunan-roma güləşi, 67 Kq.8 avqust25x25pxGiorgi MeşvildişviliGüləşSərbəst güləş, 125 Kq.10 avqust25x25pxMaqomedxan MaqomedovGüləşSərbəst güləş, 97 Kq.11 avqust

İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Cüdo2002.Boks0103.Taekvondo0104.Güləş003

Komandanın heyəti Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının 2020-ci il olimpiadasında baş verən eniş tempindən sonra artımı idi. Azərbaycanı son olaraq 2020-ci ildə 44 idmançı təmsil eləmişdi.

Komandanın heyətində 48 idmançıdan 19-u qadın idi. Bu da Azərbaycanın Olimpiya Oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2020-ci ildə baş tutan turnirdə Azərbaycanı cəmi 16 qadın idmançı təmsil edirdi.

Azərbaycan 2020-ci ildə Olimpiya Oyunlarında idman gimnastlarının və velosipedçilərin turnirlərində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növləri üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycanı Olimpiya Oyunlarında birinci dəfə 3x3 basketbolçular və batut gimnastları təmsil etdi. Azərbaycan yığmasının heyətində ən çox güləşçilər — 12 nəfər və cüdoçular — 9 nəfər yer aldı.

Komandanın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — olimpiadanın gümüş medalçısı Mariya Stadnik (qadın güləşçi), bürünc medalçıları Loren Alfonso (boksçu), Rafiq Hüseynov (yunan-roma güləşçisi), Hacı Əliyev (sərbəst güləşçi) və Sabah Şəriəti (sərbəst güləşçi).

Komandanın heyətində yer alan idmançılardan biri son Dünya çempionu, dördü isə son Avropa çempionu idilər. Cüdoçu Hidayət Heydərov isə həm son Dünya, həm də son Avropa çempionu olaraq olimpiada da mübarizə apardı. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər.

Son Dünya və Avropa çempionu Hidayət Heydərov (cüdoçu), son Dünya çempionu Zəlim Kotsoyev (cüdoçu), son Avropa çempioları Elcan Hacıyev (cüdoçu), Murad Məmmədov (yunan-roma güləşçisi), Həsrət Cəfərov (yunan-roma güləşçisi), Mariya Stadnik (qadın güləşçi), müxtəlif illərin Dünya çempionları Loren Alfonso (boksçu), Rafiq Hüseynov (yunan-roma güləşçisi) və müxtəlif illərin Avropa çempionuları Ruslan Lunyov (atıcılıq), Sənan Süleymanov (yunan-roma güləşçisi), Əliabbas Rzazadə (sərbəst güləşçi), Maqomedxan Maqomedov (sərbəst güləşçi), Anna Başta (qılıncoynadan) və Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup (bədii gimnastların turniri).

Komanda da yer alan 48 idmançıdan 20-si milliləşdirilmiş idmançılar idi: Rusiya (6), Ukrayna (5), ABŞ (3), İndoneziya (2), Gürcüstan (2), Kuba (1) və İran (1). Komandanın ən gənc üzvü 19 yaşlı bədii gimnast Ləman Əlimuradova, ən təcrübəli üzvü isə 37 yaşlı basketbolçu Mersedes Uoker oldu. Azərbaycan Milli Olimpiya Komandasının heyəti

Komandanın yolasalma mərasimi İyulun 17-də Paris Olimpiadasında mübarizə aparacaq Azərbaycan Milli Olimpiya Komandasının yolasalma mərasimi baş tutdu. Tədbirdən əvvəl dövlət himni səsləndirildi, Vətən müharibəsi şəhidlərinin və idman ictimaiyyətindən vəfat edənlərin xatirəsi yad edildi. Milli Gimnastika Arenasında (MGA) baş tutan tədbir çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzuladı.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komandasının bayraqdarları da açıqladı. Olimpiadanın açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevin daşıyacağı bildirildi.

Tədbirdə həmçinin idmançılarımızın lisenziya qazandıqları anların yer aldığı video və müxtəlif peşə sahiblərinin olimpiyaçılara arzularının yer aldığı videoçarx nümayiş edildi. Mərasimin növbəti hissəsində idmançıların Olimpiya Oyunları üçün xüsusi hazırlanmış vahid idman geyim formasının təqdimatı oldu. Olimpiada üçün xüsusi dizaynla hazırlanmış formalar ağ, tünd göy, çəhrayı və yaşıl rəngdədir. Geyim dəstlərinin üzərində Azərbaycan bayrağı, gerbi və Xarıbülbül yer alıb.

Parisdə "Azərbaycan Olimpiya Evi" İyulun 28-də Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində XXXIII Yay Olimpiya Oyunları münasibətilə "Azərbaycan Olimpiya Evi"nin açılışı oldu.

Açılış tədbirində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qatıldı.

Nəticələri

Akademik avarçəkmə

Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 27 iyul-2 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Diana Dımçenko təmsil etdi. Diana Dımçenko 2024-cü ilin aprelində Macarıstanda baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu. Azərbaycan sonuncu dəfə bu idman növü üzrə 2016-cı ildə, qadın təmsilçilə isə 2012-ci ildə təmsil olunub.

Diana Dımçenko 2018-ci ildə Qlazqo şəhərində (Şotlandiya) baş tutan Avropa Çempionatının bürünc medalçısı idi.

Diana Dımçenko iyulun 27-də mübarizəyə qoşuldu. Dımçenko təsnifat mərhələsinin 5-ci qrupunda çıxış etdi. Beş idmançıdan 1–3-cü pillələrin sahibi olan idmançılar növbəti mərhələyə vəsiqə qazanacaqdı. Yarışın əvvəlində Diana Dımçenko 500 və 1000 metri dördüncü pillədə başa vursa da, tədricən təşəbbüsü ələ aldı və 1500 metrdən etibarən üçüncü pillədə qərarlaşdı. Nəticədə Dımçenko 7 dəqiqə 52.52 saniyə nəticə ilə qrupu üçüncü pillədə başa vurdu və olimpiadanın dörddəbir-final mərhələsinə vəsiqə qazandı. İyulun 30-da baş tutan dörddəbir-final mərhələsində isə Dımçenko uğursuz çıxış etdi. 7 dəqiqə 53.76 saniyə nəticə göstərən Diana Dımçenko bu nəticələrə əsasən mərhələni altı idmançı sırasında dördüncü pillədə başa vuraraq yarım-final mərhələsinə vəsiqə qazana bilmədi. İyulun 31-də baş tutan təsəlliverici yarım-final mərhələsində Dımçenko 7 dəqiqə 59.23 saniyə nəticə göstərdi və mərhələni altı idmançı sırasında üçüncü pillədə başa vuraraq C finalına vəsiqə qazandı. Avqustun 3-də 13–18-ci pillələr uğrunda baş tutan C finalında isə Diana Dımçenko 7 dəqiqə 35.19 saniyə nəticə göstərdi və olimpiadanı 32 idmançı sırasın 17-ci pillədə başa vurdu. İdmançıYarışTəsnifat mərhələsiDörddəbir-finalYarım-finalFinalYerNəticəYerNəticəYerNəticəYerDiana DımçenkoQadınlar, fərdi7:52.523 Q7:53.764 q7:59.233 QC7:35.1917

Atıcılıq

Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 27 iyul-5 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Ruslan Lunyov təmsil etdi. Ruslan Lunyov 2023-cü ilin martında Estoniyada baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu. Lunyov bundan əvvəl 2016 və 2020-ci illərdə də olimpiadalarda çıxış edib.

Ruslan Lunyov 2022-ci ildə Qahirə şəhərində (Misir) baş tutan Dünya Çempionatının və 2023-cü ildə Tallin şəhərində (Estoniya) baş tutan Avropa Çempionatının gümüş medalçısı idi.

Ruslan Lunyov iyulun 27-də 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə apardı. Təsnifat mərhələsində Lunyov 600 xaldan 571-ni toplamağı bacardı. Bu nəticələrə əsasən Lunyov təsnifat mərhələsini 33 idmançı sırasında 24-cü pillədə başa vurdu.

Avqustun 4-də isə Ruslan Lunyov 25 metr məsafəyə sürət tapançasından atəşaçma turnirində mübarizə apardı. Təsnifat mərhələsində Lunyov 600 xaldan 580-ni toplamağı bacardı. Bu nəticələrə əsasən Lunyov təsnifat mərhələsini 29 idmançı sırasında 18-ci pillədə başa vuraraq olimpiada da mübarizəsini dayandırdı. İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerRuslan LunyovKişilər, 10 m., hava tapança57124N/AKişilər, 25 m., sürət tapançası58018N/A

Badminton

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu Q — növbəti mərhələyə adladı

Paris Olimpiadasında badminton idman növü üzrə turnirlər 27 iyul-5 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Edi Reski Dviçayo və Keyşa Fatimə Zəhra təmsil etdi. Edi Reski Dviçayo və Keyşa Fatimə Zəhra 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən müvafiq olaraq 28-ci və 31-ci pillələrdə qərarlaşaraq lisenziyalara sahib oldu. Dviçao bundan əvvəl 2020-ci ildə olimpiada da çıxış edib. Fatimə Zəhra isə olimpiadada mübarizə aparacaq birinci azərbaycanlı qadın badmintonçu olaraq tarixə düşüb.