Emanat — Azərbaycanda fəaliyyət göstərən ən iri ödəniş sistemlərindən biridir.

Tarixi Emanat 2012-ci il sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü il mart ayında Emanat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Emanat şirkəti hazırda özünəxidmət nağd ödəniş terminalları şəbəkəsini elektron idarə edir. Hazırda Azərbaycanda 3000-dən artıq Emanat ödəniş terminalına rast gəlmək olar. Ödəniş terminallarında hazırda 1000-dən çox xidmət mövcuddur.

2012-ci il sentyabr — Fəaliyyətə başlamışdır 2013-cü il mart — Ölkə bazarına daxil olmuşdur

Xidmətlər

Kommunal ödənişlər Mobil ödənişlər Bank xidmətləri Dövlət ödənişləri TV ödənişləri İnternet provayderləri Telefon ödənişləri Mağazalar şəbəkəsi E-pulqabı ödənişləri Təhsil xidmətləri Əyləncə və oyunlar Xeyriyyə və yardım Ödəmə kartları Sığorta və səhiyyə Hüquq xidmətləri Turizm və səyahət Karqo və nəqliyyat

Digərləri

Missiyası və Dəyərləri Şirkətin özünəməxsus aşağıdakı missiyaları və dəyərləri mövcuddur.

Missiyası - xidmətlərin ödənişini sürətli, rahat, etibarlı və hamı üçün əlçatan etməklə insanların həyatlarını asanlaşdırmaqdır

Dəyərləri - Qətiyyətli dürüstlük, Müştəriyönümlülük, Etibarlılıq, İnnovativlik, Yüksək keyfiyyətlilik

İstinadlar

Xarici keçidlər

eManat rəsmi sayt

Həmçinin bax

İnstagram Facebook Twitter Telegram Youtube Linkedin

Kateqoriya:Ödəniş sistemləri