Lobnorlular () — tarixən Lobnor gölü regionunda yaşayan uyğurların subetnosu. Uyğur dilinin Lobnor dialektində danışırlar. Antropoloji cəhətdən onlar Turan irqi tipinə aiddirlər. Onlarda yalla, cudak, qaluçu, qaraqoşunluq, kunduz tayfaları var. Əsasən əkinçilik, balıqçılıqla məşğul olurlar.

Mənşə Lobnorluların mənşəyinə dair bir neçə versiya var.

Nikolay Prjevalski hesab edirdi ki, lobnorluların mənşəyi monqollar və ya kalmıklara gedib çıxırdı.Пржевальский Н. М. Четвертое путешествие в Центральной Азии. От Кяхты на истоки Желтой реки, исследование северной окраины Тибета и путь через Лоб-Нор по бассейну Тарима. — СПб., 1888. — С. 362. Digərləri onları qaşqarlılar və qırğızlarla əlaqələndirirdi. Ədhəm Tenişov lobnorluların qarışıq etnogenezi haqqında fərziyyə irəli sürmüş, onları bir-biri ilə müxtəlif yollarla qarşılıqlı əlaqədə olan Altay qırğızlarına, altaylılara, monqollara və Tyanşan qırğızlarına aid etmişdir.Тенишев Э. Р. Еще раз о происхождении лобнорцев // VII Международный конгресс антропологических и этнографических наук (Москва, август, 1964 г.). — М.: Наука, 1964, — С. 7—8. V. P. Yudin hesab edirdi ki, lobnorlular moğolların nəslindəndir.

İstinadlar

Kateqoriya:Uyğur subetnosları