Jorj Avenel (; ) — Fransa publisisti və tarixçisi. O, həyatının çox hissəsini Fransa inqilabının öyrənilməsinə həsr etmişdir. Yazıçı Pol Avenelin kiçik qardaşı olmuşdur.

Həyatı 1865-ci ildə Avenelin ilk böyük əsəri, "Bəşər övladının natiqi Anaxarsis Kloots" nəşr olundu. Burada Fransa inqilabının liderlərindən Anaxarsis Klootsun şəxsiyyəti və rolu ilk dəfə ətraflı şəkildə tədqiq edilərək təqdim edilmişdir. Dərin erudisiya və parlaq təqdimat sayəsində Avenel bu dövrün bir sıra məqamlarını qeyri-adi canlılıq və çoxlu təfərrüatlar ilə canlandıra bilmişdir. O, həmçinin Volterin bütün əsərlərini əhatə edən "Əsrin nəşri"ni tərtib etmişdir. Burada Volterin geniş yazışmaları diqqətlə yoxlanılmış və əlavə edilmişdir. Avenel o dövrdə işlədiyi və inqilabın liderlərindən biri Jan-Nikolya Paşın şəxsiyyətinə mühüm yer verilən əsərini bitirməmiş vəfat etmişdir.Авенель, Жорж // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1908—1913.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa tarixçiləri Kateqoriya:XIX əsr tarixçiləri