İlhami Səncər Türkiyəli hakim, siyasətçi və keçmiş nazir.
Həyatı və təhsili İlhami Səncər 1909-cu ildə Osmanlı İmperiyasının Manisa vilayətinin Gördes bölgəsində anadan olub. O, ilk təhsilini Kamalpaşada, ikinci təhsilini isə İzmirdə tamamlayıb.https://www.msb.gov.tr/Bakanlar%20Ministry%20of%20Defense%20page Daha sonra Səncər, Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb. O, 1933-cü ildə təhsilini bitirdikdən sonra İzmir şəhəri və ətrafında məhkəmə və prokurorluq orqanlarında çalışıb. O, ilk dəfə 1934-cü ildə, ikinci dəfə isə 1941-ci ildə hərbi xidmətə çağırılıb.
Siyasi fəaliyyəti İlhami Səncər məhkəmədəki işindən istefa verərək 1942-ci ildə siyasi həyata daxil olub. 1949-cu ildə o, Cümhuriyyət Xalq Partiyasının İstanbul filialının rəhbəri seçilib. 1961-ci ilin 24 yanvarında Türkiyə Qurucu Məclisinə Cümhuriyyət Xalq Partiyası nümayəndəsi olaraq təyin edilib. Hərbi xidmətdən sonrakı zaman o, 1961–1969-cu illər arasında TBMM-nin 13-cü və İstanbul vilayətinin isə 12-ci millət vəkili olaraq xidmət edib.
Partiyasındakı bölünmənin ardından o, Turhan Feyzioğlu ilə birlikdə Cümhuriyyət Xalq Partiyasından ayrılıb və Güvən Partiyasına qoşulub. 1969–1977-ci illərdə isə fəaliyyətinə TBMM-nin 14-cü, 15-ci hökumətində millət vəkili olaraq davam edib.
Səncər beş dəfə Türkiyənin Milli Müdafiə Naziri təyin olunub. Bunlardan ilk üçü 20 noyabr 1961 – 20 fevral 1965-ci illər ərzində Cümhuriyyət Xalq Partiyasının üzvü kimi TBMM-nin 26, 27 və 28-ci hökumətində olub. Daha sonra o, Güvən Partiyasının üzvü kimi 15 aprel 1973 – 26 yanvar 1974-cü illər ərzində TBMM-nin 36-cı hökumətində və 17 noyabr 1974 – 31 mart 1975-ci illər ərzində isə 38-ci hökumətində xidmət edib. Bu vəzifəsini 31 mart 1975-ci ildə qurulan Süleyman Dəmirəl hökumətinə qədər davam etdirib.
Ölümü İlhami Səncər 13 dekabr 1986-cı ildə vəfat edib.
İstinadlar
Kateqoriya:TBMM III çağırış deputatları Kateqoriya:TBMM XII çağırış deputatları Kateqoriya:TBMM XIII çağırış deputatları Kateqoriya:TBMM XIV çağırış deputatları Kateqoriya:TBMM XV çağırış deputatları Kateqoriya:Türkiyənin milli müdafiə nazirləri Kateqoriya:Türkiyə hakimləri Kateqoriya:İstanbul ilinin deputatları