Yuri Lvoviç Averbax (; ) — SSRİ şahmatçısı, Rusiya və beynəlxalq şahmat hərəkatının lideri; beynəlxalq qrosmeyster (1952), şahmat kompozitoru, şahmat (1969) və şahmat kompozisiyası (1956) üzrə beynəlxalq, SSRİ-nin əməkdar idman ustası (1965). SSRİ çempionu (1954). SSRİ Şahmat Federasiyasının sədri (1972–1977).
Həyatı "Şaxmatı v Rossii" jurnalının baş redaktoru (1962-ci ildən keçmiş adı "Şaxmatı v SSSR") olmuşdur. 1954-cü ildə SSRİ çempionu olmuşdur. Moskva (1962), Rio-de-Janeyro (1965), Polanitsa-Zdroj (Polşa, 1975) daxil olmaqla bir sıra iri beynəlxalq turnirlərin qalibi olmuşdur. Şahmat sonluğu fundamental çoxcildlik nəzəri əsərinin müəlliflərindən biri (1956–58) olmuşdur. Xüsusilə onun uşaqlar üçün yazdığı əsərləri (həmmüəllifi), "Şahmatın əlifbası" (1967) və "Şahmat krallığına səyahət" (2-ci nəşr, 1976), eləcə də "Şahmat həqiqətinin axtarışında" (2-ci nəşr, 1998) avtobioqrafik xatirələri ilə tanınır.Энциклопедический словарь. 2009. АВЕРБАХ Юрий Львович.
İstinadlar
Əlavə ədəbiyyat Шахматы: энциклопедический словарь / гл. ред. А. Е. Карпов. — М.: Советская энциклопедия, 1990. — С. 7–8. — 621 с. — 100 000 экз. — ISBN 5-85270-005-3.
Kateqoriya:SSRİ şahmatçıları Kateqoriya:Şahmat nəzəriyyəçiləri Kateqoriya:Rusiya uzunömürlüləri Kateqoriya:SSRİ-nin televiziya aparıcıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat hakimləri Kateqoriya:Ruslar