Rəhman Nəbiyeviç Nəbiyev (; ) —Tacikistan və SSRİ partiya və dövlət xadimi, Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1982–1985), müstəqil Tacikistan Respublikasının 1-ci Prezidenti (1991–1992). Nəbiyevin qısa prezidentlik dövrü Tacikistanda respublikada hakimiyyətin yenidən bölüşdürülməsi istəyindən qaynaqlanan vətəndaş müharibəsinin başlaması ilə əlamətdar olmuşdur. 7 sentyabr 1992-ci ildə təzyiq altında istefa vermiş və 7 ay sonra müəmmalı şəraitdə vəfat etmişdir.
Həyatı Regional nomenklaturadan çıxan Nəbiyev 1982-ci ildə Tacikistan Kommunist Partiyasının birinci katibi kimi hakimiyyətə gəlmişdir. 1985-ci ildə korrupsiya qalmaqalı ilə hakimiyyətdən uzaqlaşdırılmışdır. Tacikistan liderləri 1991-ci ilin sentyabrında Tacikistan Respublikasının müstəqilliyini elan etdikdən sonra Rəhman Nəbiyev 31 avqustda hakimiyyətə qayıtmış, ancaq prezident seçkiləri kampaniyası zamanı ofisini boşaltması üçün təzyiqlər artdığı üçün 6 oktyabrda istefa vermişdir. Seçkilərlə bağlı mübahisələr 1992-ci ilin mayında müxalifətin küçə nümayişlərinə səbəb olmuşdur ki, bu da vətəndaş müharibəsinə çevrilmişdir. Döyüşlər şiddətlənmiş, Nəbiyevin özünün hökumətyönlü silahlı dəstələri 1992-ci ilin sentyabrında dövlət çevrilişi etmişdir. O, təhlükəsizliyini nəzərə alaraq vəzifəsindən istefa vermiş, Leninabad vilayətinə qayıtmışdır. 1992-ci ilin dekabrına qədər Kulab vilayətinin keçmiş aparatçısı, hərbi liderə çevrilmiş Emoməli Rəhmon hakimiyyətdə idi. Rəhman Nəbiyevin ölümünün səbəbi aydın deyil. Rəsmi olaraq infarktdan vəfat etmişdir, lakin digər versiyalara görə, o, intihar etmiş və ya sui-qəsdə uğramışdır.
İstinadlar
Xarici keçidlər Биография
Kateqoriya:Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:Tacikistan prezidentləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Daşkənd Suvarma və Kənd Təsərrüfatı Mexanikləşdirmə Mühəndisləri İnstitutunun məzunları