Selman Abraham Vaksman (ing. Selman Abraham Waksman) — () Amerika mikrobioloq və biokimyaçısı.1952-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı. Karolinska İnstitutundan Arvid Volqren Nobel mükafatına layiq görülən. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1942)Ваксман, Зельман Абрахам на сайте Национальной академии наук США (англ.), Paris Elmlər Akademiyasının xarici üzvü (1955; 1937-ci ildən müxbir)Les membres du passé dont le nom commence par W Архивная копия от 6 августа 2020 на Wayback Machine (фр.). Selman Vaksman 16 avqust 1973-cü il Woods Hole, Massaçusets, ABŞ -da ömrünün 85-ci ilində vəfat edib.
Həyatı Selman Vaksman 22 iyul 1888-ci ildə Vinnitsa yaxınlığındakı Novaya Priluka şəhərində kiçik kirayəçi Yakov Vaksmanın və univermağın sahibi Freida Vaksmanın (London əsilli) ailəsində anadan olub. Odessadakı 5 saylı gimnaziyanı bitirib. 1910-cu ildə ABŞ-yə mühacirət etdi. O, Kənd Təsərrüfatı Texnikumuna daxil olub, orada torpaq mikrobiologiyası ixtisası üzrə təhsil alıb. 1918-ci ildə Berklidəki Kaliforniya Universitetində fermentlərin kimyasını öyrənərək doktorluq dərəcəsi aldı. Onun sonrakı karyerası Nyu Cersidəki Rutgers Universiteti ilə bağlıdır. 1925-ci ildə dosent, 1931-ci ildə professor təyin edilmişdirЕврейская Украина: 10 фактов о евреях Винницы. Архивировано из оригинала 18 октября 2016 года..1932-ci ildə Amerika Vərəm Assosiasiyası Selman Vaksmandan vərəm çöpünün torpaqda necə parçalandığını öyrənməyi xahiş etdi. Alim bu prosesdən məsul olan antaqonist mikrobların olduğu qənaətinə gəlib. Dörd il ərzində Vaksman və onun həmkarları bakteriyalara təsir edə biləcək antibiotiklər axtarışında on minə yaxın müxtəlif torpaq mikroorqanizmini araşdırdılar. 1940-cı ildə elm adamları olduqca zəhərli olduğu ortaya çıxan aktinomisini təcrid etdilər. İki il sonra onlar vərəm patogenlərinə qarşı təsirli olduğunu sübut edən bir antibiotik olan streptomisini kəşf etdilər.1946-cı ildə bir neçə illik sınaq və təkmilləşdirmədən sonra streptomisin vərəm və vəba ilə mübarizədə geniş istifadə olunmağa başladı. Streptomisin çox qiymətli olduğunu sübut etdi, çünki sulfanilamid dərmanlarına və penisillinə davamlı bakteriyalara qarşı təsirli idi. Streptomisinin alınması digər alimləri yeni antibiotiklər axtarmağa sövq etdi. Dərmanların bu sahəsinin inkişafı Selman Vaksmanın işinin sözsüz nailiyyətləri idi. Bununla belə, bir əczaçılıq şirkəti tərəfindən streptomisinin satışından əldə edilən gəlirin bölüşdürülməsi zamanı streptomisini birbaşa kəşf edən Şats ilə antibiotikin tapılması üçün metodologiya hazırlayan Vaksman arasında münaqişəyə və davaya səbəb olub. Bunlara baxmayaraq eyni zamanda elmi jurnallardakı məqalələrdə və kəşfi təsvir edən patentdə hər ikisinidə əsas müəlliflər kimi göstərilirPringle, Peter (June 11, 2012). "Notebooks Shed Light on a Discovery, and a Mentor’s Betrayal Архивная копия от 6 октября 2017 на Wayback Machine". The New York Times. Просмотрено 11 июня 2012. (англ.). Sonunda Şats qazancın bir hissəsini aldı, lakin Vaksman ilə münasibətlərini pozdu. 1952-ci ildə Vaksman "Vərəmin müalicəsində təsirli olan ilk antibiotik olan streptomisinin kəşfinə görə" fiziologiya və tibb üzrə Nobel mükafatını qazandı (baxmayaraq ki, Şats Nobel mükafatına layiq görülməmişdi).
Mükafatları 1947 — Amori Mükafatı 1947 — Passano mükafatı 1948 Albert Lasker Əsas Tibbi Tədqiqat Mükafatı, "Streptomisinin kəşfinə səbəb olan torpaq bakteriyalarının antibiotik xassələrinin tədqiqinə görə"1948 Lasker Awards | The Lasker Foundation. Дата обращения: 21 марта 2017. Архивировано 22 марта 2017 года. 1949 — Con Skott medalı 1950 — Levenquk medalı 1950 — Fəxri Legion ordeninin rəhbəri 1952 — Fiziologiya və Tibb üzrə Nobel Mükafatı, "Vərəmin müalicəsində təsirli ilk antibiotik olan streptomisinin kəşfinə görə" 2005 — Milli İxtiraçıların Şöhrət Zalına daxil edildi
İstinadlar
Kateqoriya:Rusiya imperiyasından ABŞ-yə mühacirət edənlər Kateqoriya:Rusiya imperiyası yəhudiləri Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:Mikrobioloji taksonların müəllifləri