Manuel Avila Kamaço (; ) — 1 dekabr 1940-cı ildən 30 noyabr 1946-cı ilə qədər Meksika Prezidenti. 1937–1939-cu illərdə radikal Lasaro Kardenas hökumətində hərb naziri kimi xidmət etmişdir. Meksikada "Centlmen Prezident" kimi tanınırdı.
O, 1938-ci ildə xarici neft şirkətlərinin əmlakının milliləşdirilməsi zamanı yaranan münaqişəni həll etməyə, İkinci Dünya müharibəsi illərində ABŞ və onun müttəfiqləri ilə əməkdaşlıq qurmağa nail olmuşdur. Müharibədən sonra o, Amerika hökuməti ilə əlaqələri gücləndirməyə davam etmişdir. Onun daxili siyasəti Kardenasın islahatlarından uzaqlaşması ilə səciyyələnirdi.АВИЛА КАМАЧО // Большая российская энциклопедия. Том 1. Москва, 2005, стр. 83
İstinadlar
Əlavə ədəbiyyat
Camp, Roderic A. Mexican Political Biographies. — Tucson, Arizona: University of Arizona, 1982.
Xarici keçidlər
Авила Камачо, Мануэль Хронос
Kateqoriya:Meksika prezidentləri Kateqoriya:Meksika generalları Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları