Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası İsveçrənin Cenevrə şəhərində yerləşən ümumdünya humanitar yardım təşkilatıdır. 192 üzvdən ibarət Milli Cəmiyyətləri vasitəsilə hər il 160 milyon insana yardım edilir. O, həssas insanların ehtiyaclarını ödəmək və həyatlarını yaxşılaşdırmaq üçün fəlakətlərdən və fövqəladə vəziyyətlərindən əvvəl, fəlakət zamanı və ondan sonra fəaliyyət göstərir. Təşkilat milliyyət, irq, cins, dini inanclar, sinfi və siyasi fikirlərə münasibətdə qərəzsiz davranır.
5 may 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlərin Milli Qızıl Xaç Cəmiyyətlərinin (Birləşmiş Krallıq, Fransa, İtaliya, Yaponiya və ABŞ) nümayəndələri Qızıl Xaç Cəmiyyətləri Liqasını (LORCS) yaratmaq üçün Parisdə bir araya gəldilər.
IFRC Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və 192 Milli Cəmiyyətlərlə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti IFRC'nin Azərbaycandakı rəsmi nümayəndəsidir. Türkiyə Qırmızı Aypara Cəmiyyəti isə Türkiyədə əsas nümayəndədir.
İstinadlar
Xarici keçidlər
Rəsmi saytı
Kateqoriya:Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Kateqoriya:Nobel sülh mükafatı qazanan təşkilatlar Kateqoriya:İsveçrəli Nobel mükafatı laureatları