Əmir Əli oğlu Əbdüləzim və ya Əbdüləzim Sərkar () — XVII əsr Azərbaycan memarı.

Həyatı Əmir Əli oğlu Əbdüləzim 1663-cü və ya 1664-cü ildə inşa edilmiş Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan memarları Kateqoriya:XVII əsr memarları