Adolfo Lopes Mateos (; ) — Meksika dövlət və siyasət xadimi, 1958–1964-cü illərdə Meksika Prezidenti.

Həyatı Adolfo Ruis Mateos 26 may 1910-cu ildə anadan olmuşdur. O, 1929-cu ildə Toluka Elm və Ədəbiyyat İnstitutunu bitirmişdir. Mateos 1934-cü ildə Meksika Universitetində hüquq təhsili almışdır. O, 1933-cü ildən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmuşdur.Camp, "Adolfo López Mateos", pp. 459–60. Mateos 1944–1946-cı illərdə Tolukada Elm və Ədəbiyyat İnstitutunun direktoru olmuşdur.

Mateos 1946–1952-ci illərdə senator vəzifəsində çalışmışdır. O, 1952–1957-ci illərdə əmək və sosial təminat naziri vəzifəsində çalışmışdır. Mateos 1958–1964-cü illərdə Meksika Prezidenti olmuşdur. O, dövlət təsərrüfat sektorunu gücləndirmi., eyni zamanda xarici kapital qoyuluşlarını həvəsləndirmiş, kənd təsərrüfatı islahatını həyata keçirməyə çalışmış (16 milyon hektarlıq torpaq sahəsi yenidən bölüşdürülmüş, ölkənin cənubunda əkinə yararsız torpaqlar mənimsənilmişdir), sosial rifah və səhiyyə sistemlərini inkişaf etdirmiş, yoxsulluq, savadsızlıq və sosial rifahın azaldılmasına cəhd göstərmişdir. Mateos ölkədə kommunist hərəkatının təsirini azaltmağa çalışırdı, lakin xarici siyasətində Kuba kimi kommunist dövlətlərin dəstəyinə də arxalanırdı. O, 1968-ci ildə Meksika Yay Olimpiya Oyunlarının təşkilat komitəsinə rəhbərlik etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Camp, Roderic A. Mexican Political Biographies. Tucson, Arizona: University of Arizona, 1982.

de María y Campos, Armando. Un ciudadano: Cómo es y cómo piensa Adolfo López Mateos. Mexico 1958 Díaz de la Vega, Clemente. Adolfo López Mateos: Vida y obra. Toluca 1986

Krauze, Enrique. Mexico: Biography of Power especially Chapter 20, "Adolfo López Mateos: The Orator." New York: HarperCollins 1997.

Pellicer de Brody, Olga. México y la Revolución Cubana. Mexico 1973.

Smith, Arthur K. Mexico and the Cuban revolution: foreign policy-making in Mexico under President Adolfo López Mateos (1958–1964). No. 17. Cornell University., 1970

Utley, Robert Marshall. Changing course: the international boundary, United States and Mexico, 1848–1963. Western National Parks Assoc, 1996. Wilkie, James W. The Mexican Revolution: Federal Expenditure and Social Change Since 1910, Second Edition (Berkeley: University of California Press, 1970).

Xarici keçidlər

Biography at Mexico Connect Biography at Historical Text Archive Biography

Kateqoriya:Meksika prezidentləri