Xacə Nizaməddin Übeydullah əz-Zakani (; ), daha çox Übeyd Zəkani () kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir.

Zəmin Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi. Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi. Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir. İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.

Yaradıcılığı Übeydin əsərlərinin çoxu farsca yazılmışdır. Buna baxmayaraq, onlardan bəziləri ərəbcə də qələmə verilmişdir və bu, onun yüksək səviyyəli təhsilini nümayiş etdirir. Übeydin ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o Qorbeh"dir ("Siçan və pişik"). İnsanların dini tənqid etdiyinə görə ölümlə üz-üzə qala biləcəyi bir dövrdə ərsəyə gətirildiyi üçün əsər riskli sayılırdı.

İrsi Übeyd fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunur. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir. Britaniya şərqşünası Edvard Qranvil Braunun fikrinə görə, Übeyd "bəlkə də İranda ortaya çıxmış ən görkəmli parodist və satirik yazıçı" idi. Übeyd İrəc Mirzə ilə birlikdə İranın ən məşhur satiriklərindən biri hesab olunur

Mənbə İstinadlar

Ədəbiyyat de Bruijn, J.T.P. (2002). "ʿUbayd-I Zākānī". The Encyclopaedia of Islam, Second Edition (12 vols.). Leiden: E. J. Brill.

Kateqoriya:XIV əsr yazıçıları Kateqoriya:İran yazıçıları Kateqoriya:Farslar