Hayasui boğazı () — Şikoku və Kyuşu adaları arasındakı boğaz. Daxili Yapon dənizinin İyo-Nada hissəsini və Bunqo boğazını birləşdirir. Boğazın eni təqribən 16 km, dərinliyi 300–400 m-dir.
Boğaz şərqdə eyniadlı yarımadada Sadamisaki burnu və qərbdə Seki və ya Jizo arasında yerləşir. Boğazda Takaşima və Uşijima adaları yerləşir.
Boğazdakı qabarma-çəkilmə cərəyanları 6 düyün sürətinə çata bilir.
Sahəsi 160 km² olan boğazın suları ekoloji və ya bioloji cəhətdən əhəmiyyətli dəniz zonası hesab olunur və yüksək biomüxtəlifliyə malik olması ilə xarakterizə olunur. Xüsusilə Yapon stavridası və qılınc balığı seçilir.
İstinadlar
Mənbə
Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Yaponiya boğazları Kateqoriya:Daxili Yapon dənizi boğazları