Bolu Abant İzzet Baysal Universiteti (BAİBÜ) — 3 iyul 1992-ci ildə 3837 saylı qanuna əsasən qurulan vəqf tərəfindən dəstəklənən ilk dövlət universitetidir. Universitet Bolu xeyriyyəçi iş adamı İzzet Baysal tərəfindən qurulan İzzet Baysal vəqfi tərəfindən dəstəklənir.

Universitetdə 1500-ə yaxın müəllim və 900 inzibati heyət çalışır. https://istatistik.yok.gov.tr/ |https://web.archive.org/web/20190711191747/https://istatistik.yok.gov.tr/ 4 institut, 16 fakültə, 2 kollec və 8 peşə liseyi olan Bolu Abant İzzet Baysal Universitetində 30 minə yaxın tələbə təhsil alır. Universitetin mərkəzi şəhərciyi Boludan 13 kilometr məsafədə Gölköy Kampusunda yerləşir. Bundan başqa Gerede, Mengen və Mudurnuda da fəaliyyət göstərir.

Rektorları Prof. Dr. Kemal Güçlüol (qurucu rektor) (1992–1997) Prof. Dr. Nihat Bilgen (1998–2002) Prof. Dr. Yaşar Akbıyık (2002–2006) Prof. Dr. Atilla Kılıç (2006–2010) Prof. Dr. Hayri Coşkun (2010–2017) Prof. Dr. Mustafa Alışarlı (2017-)

Akademik strukturu

İnstitutları Ali Təhsil Məktəbi Təhsil Elmləri İnstitutu Səhiyyə Elmləri İnstitutu Elm və Texnologiya İnstitutu Sosial Elmlər İnstitutu

Fakültələri Stomatologiya Fakültəsi Təhsil Fakültəsi İncəsənət və Elmlər Fakültəsi Gerede Tətbiqi Elmlər Fakültəsi Təsviri incəsənət Fakültəsi Hüquq Fakültəsi İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi İlahiyyat Fakültəsi Rabitə Fakültəsi Memarlıq Fakültəsi Mühəndislik Fakültəsi Sağlamlıq Elmləri Fakültəsi İdman Elmləri Fakültəsi Texnologiya Fakültəsi Tibb Fakültəsi Turizm Fakültəsi Kənd Təsərrüfatı və Təbiət Elmləri Fakültəsi (2020-ci ildən Kənd Təsərrüfatı Fakültəsi)

Kollecləri Xarici dillər kolleci

Peşə məktəbləri Bolu Peşə Məktəbi Bolu Texniki Elmlər Peşə Məktəbi Gerede Peşə Məktəbi Mehmet Tanrıkulu Sağlamlıq Xidmətləri Peşə Məktəbi Mengen Peşə Məktəbi Mudurnu Süreyya Astarcı Peşə Məktəbi Seben İzzet Baysal Peşə Məktəbi Yeniçağa Yaşar Çelik Peşə Məktəbi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə universitetləri