right|thumb|251x251px| Azadlıq heykəlini dağıtmağa çalışan "Avropalı anarxist". 1919-cu il.
Birinci qırmızı təhlükə — Amerika Birləşmiş Ştatları tarixində güclü antikommunizm və antianarxizm ilə xarakterizə olunan, real və xəyali hadisələr səbəbindən Amerika cəmiyyətinin sağ və solçu sektorları arasında tez-tez sosial gərginliklərin yaşandığı dövr. Aktual hadisələrə Rusiyadakı bolşevik inqilabı, onun Amerika proletariatına təsiri və anarxist terrorizmi daxildir. Bu gərginlik mühitinin zirvəsi 1919-cu ildən 1920-ci ilə qədər baş tutan terror aktları və məhkəmələrdir.Send Death Bombs to 36 U.S. Leaders : Headline from front page of the Chicago Tribune on May 1, 1919Collins, Rick, The Patriot Ledger, 5 de mayo de 2005
Bolşevizm və ABŞ-da kommunist inqilabı təhlükəsi ölkənin yaşadığı sosial narazılıq dalğasını, 1919-cu ildə Çikaqo irqi iğtişaşları kimi bununla əlaqəli olmayan hadisələrlə izah etmək üçün bir arqument kimi istifadə edilmişdir.
İstinadlar
Kateqoriya:Siyasi və mədəni təmizləmə Kateqoriya:ABŞ-nin siyasi tarixi Kateqoriya:Antikommunizm Kateqoriya:1917–1923-cü illər inqilabları Kateqoriya:Şəhər döyüşləri