Rüfət Abbasov () — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunun və Azərbaycan U-21 milli komandasının müdafiəçisi.

Klub karyerası "Neftçi"nin yetirməsidir. 2015-ci ildə akademiyaya qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. 2024-cü ilin yayında klubdan ayrılıb.

17 iyun 2024-cü ildə "Şamaxı" ilə ikillik müqavilə imzalayıb. 2026-cı ilin mayında "Şamaxı" Rüfətlə müddəti başa çatan müqaviləni uzatmayıb. Həmin mövsüm Premyer Liqada 33 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

27 may 2026-cı ildə "Neftçi" ilə üçillik müqavilə imzalayıb. 5 sentyabr Misli Premyer Liqasının IV turunda keçirilən "Neftçi" – "Şəfa" (4:1) matçında solaxay ola-ola sağ ayaqla komandasının ilk qolunu vurdu. Komandanın baş məşqçisi Yuri Vernidub onu "Neftçi"nin əsas aktivlərindən biri adlandırmış, onun sürəti ilə fərqləndiyini qeyd etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları