Anahit Avanesyan (; ) — Ermənistan hüquqşünası və dövlət xadimi, hazırkı Ermənistanın səhiyyə naziri. O, əvvəllər Ermənistan Xarici İşlər Nazirliyində və əczaçılıq sənayesində hüquqşünas kimi fəaliyyət göstərmişdir.
Həyatı Anahit Avanesyan 21 mart 1981-ci ildə anadan olmuşdur. O, 1997-ci ildə İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur, oradan 2003-cü ildə mülki hüquq üzrə M. Sc. əldə etmişdir. Avanesyan təhsilini Ermənistan Amerika Universitetində davam etdirərək hüquq üzrə magistr proqramını bitirmişdir. O, 2002–2004-cü illərdə Liderliyin İnkişafı Mərkəzinin liderlik proqramlarında və Cənubi Qafqaz Gənc Qadın Liderlik proqramında iştirak etmişdir.
Karyerası Avanesyan peşəkar karyerasına 2000-ci ildə Xarici İşlər Nazirliyində və Fövqəladə Hallar Nazirliyinin Dövlət Ehtiyatı Agentliyində hüquqşünas vəzifəsində başlamışdır. O, 2005-ci ildən 2015-ci ilə qədər "Demokratiya Bu gün" QHT-nin hüquqşünası olmuşdur. Avanesyan 2014-cü ilə qədər əczaçılıq sənayesinə "Arpharmacia" keçid etmişdir. O, burada 2017-ci və 2018-ci illərdə idarə heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
Avanesyan 2018-ci ilin may ayında səhiyyə nazirinin müavini kimi kimi dövlət idarəçiliyi sahəsində karyerasına başlamışdır. O, 2020-ci ilin mayında isə səhiyyə nazirinin birinci müavini təyin edilmişdir. Avanesyan 2021-ci ilin yanvarında "Mülki müdafiə"nin üzvü olan Səhiyyə naziri Arsen Torosyanın yerinə keçmişdir. O, baş nazir Nikol Paşinyanın hökumətindəki yeganə qadındır. Avanesyan Səhiyyə naziri olaraq COVID-19 pandemiyasına qarşı mübarizədə məsul olan mərkəzi fiqur olmuşdur.
Şəxsi həyatı Ailəlidir və üç övladı var.
İstinadlar
Kateqoriya:Ermənistan siyasətçiləri