Daniel Varujan (, əsl soyadı — Çubukkaryan (); ) — Osmanlı ermənilərindən olan şair və pedaqoq. O, 1902–1905-ci illərdə Venesiyada mexitarist məktəbində, 1905–1909-cu illərdə Belçikanın Gent Universitetində təhsil almışdır. Varujan 1912–1915-ci illərdə Konstantinopolda Maarifçilik məktəbinin direktoru kimi fəaliyyət göstərmişdir. O, 1904-cü ildə yaradıcılıq fəaliyyətinə başlamışdır. Varujanın poeziyası romantizm, simvolizm və erməni folklor ənənələrinin qarışığıdır.

O, ilk lirik "Şüdləşmə"toplusunda (1906) doğma torpağının təbiəti fonunda sadə bir insanın həyatını göstərir. "Poqrom"(1908) məcmuəsində sultan rejiminin əməllərini, ermənilərinə qarşı təqiblərini təsvir etmişdir. Varujanın "Qabilin ürəyi"(1909) toplusu mübarizə, ədalət və qisas haqqındadır. O, "Bütpərəst mahnılar"toplusunda mifoloji motivlərə müraciət etmiş, "Qolqotanın çiçəkləri"silsiləsində (hər ikisi 1912-ci il) bütpərəst və xristian obrazlarını birləşdirmişdir. Varujan "Çörək nəğməsi"(1921, bax) toplusu dünyanın plastik gözəlliyini, kəndlinin yaradıcılığını əks etdirir. Onun yaradıcılığı Şərqi erməni poeziyasına təsir göstərmiş, şeirləri bir çox dillərə tərcümə edilmişdir.Зулумян Б. С. ВАРУЖАН // Большая российская энциклопедия. Том 4. Москва, 2006, стр. 613

İstinadlar

Əlavə ədəbiyyat Rus dilind'

İngilis dilində

Xarici keçidlər

Даниел Варужан Даниел Варужан Даниел Варужан Даниел Варужан

Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Erməni şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Erməni soyqırımının qurbanları Kateqoriya:Qətl qurbanları