Adolf Friedrich Johann ()— Alman biokimyaçısı

Uğurları O, cinsi hormonlar üzərində işinə görə 1939-cu ildə Lavoslav Ruziçka ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İkinci Dünya müharibəsi səbəbindən mükafatını 1949-cu ildə–müharibədən sonra ala bilib.

Təhsili Marbur Universiteti və Göttingen Universitetində təhsil alıb.

Fəaliyyəti 1927-ci ildə Göttingen Universitetində doktorluq dərəcəsi almışdır. Daha sonra bu məktəbdə və Danziq Texniki Universitetində dərs demişdir. 1936-cı ildə Kayzer Vilhelm İnstitutunun, daha sonra Maks Plank İnstitutunun direktoru oldu. 1960-1972-ci illərdə Maks Plank Elmin İnkişafı Assosiasiyasının prezidenti olub.

Kəşfləri Butenandt qadınlarda cinsi inkişafı və funksiyaları tənzimləyən estron hormonunu, daha sonra isə kişi cinsi hormonlarından biri olan androsteronu və qadınlarda progesteronu müəyyən edə bildi. Bu gün kortizonun genişmiqyaslı istehsalı Butenandtın bu mövzudakı işindən irəli gəlir.

İstinadlar

Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:İxtiraçılar Kateqoriya:XX əsr bioloqları