Tu Yuyu () — Çin alimi və fitokimyaçı. Malyariyaya qarşı dünyanın ən təsirli dərmanlarından biri olan artemisinin kimi tanınan antimalarial maddə qinghaosu təcrid etməsi və tədqiqi ilə məşhur olub. Kəşflərinə görə Tu 2015-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını almış və o bu mükafatı Satosi Omura və Uilyam Kempbell ilə bölüşmüşdür.

Həyatı Tu Yuyu 30 dekabr 1930-cu ildə Çinin Çjetszyan-Ninbo şəhərində anadan olmuşdur. 1948-ci ildə Ninbo məktəbinə keçməmişdən əvvəl orta məktəbi və liseyin ilk ilini Xiaoshi məktəbində oxumuşdur. 1951-ci ildən 1955-ci ilə qədər Pekin Universiteti Tibb fakültəsində oxumuşdur. Tu Əczaçılıq Elmləri Bölməsində oxumuş və 1955-ci ildə oranı bitirmişdir. Sonra iki il yarım ənənəvi Çin təbabəti üzrə təlim keçmişdir. Məktəbi bitirdikdən sonra Pekində ənənəvi Çin Tibb Akademiyasında təhsil almışdır. O, 1978-ci ildə Çin iqtisadi islahatının başlanmasından qısa müddət sonra tədqiqatçı adını almışdır. 2001-ci ildə "Doktorantlar üçün Akademik Məsləhətçi" vəzifəsinə yüksəlmişdir. Hazırda Akademiyanın baş elmi işçisidir. 2007-ci ildən onun ofisi Pekin də köhnə yaşayış binasındadır.

İstinadlar

Kateqoriya:Nobel mükafatlı qadınlar Kateqoriya:Qadın alimlər