Hil (ləzgi. Хьил)— Azərbaycan Respublikasının Qusar rayonunun Hil kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Çar imperiyası ilə mübarizə

XIX əsrdə Hil kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə Sovet hakimiyyətinin ləzgi xalqına qarşı apardığı fəaliyyətlər əsasən gizli saxlanılıb. Bəzi tarixçilərin fikrincə, həmin illərdə Sovet hakimiyyəti tərəfindən 20 minə yaxın ləzgi repressiyaya məruz qalıb, amma bu rəqəm daha da böyük ola bilər.

1918-ci ilin yaz aylarında bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Bu hadisələr M. Məlikməmmədovun Azərbaycan dilində nəşr olunmuş “Qanlı dərə” kitabında ətraflı şəkildə təsvir olunub.

Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular.

Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.

Toponimikası Hil oykonimi, sadə. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 +Hil kəndi əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Кусарский район (перепись 1970 года) Nisbəti, 1970 sa. cəmi4 131100.0 % ləzgi3 977 rus və ukraynalı60.1 % erməni30.1 % avar20.1 % gürcü10.1 %

Sixillər

Kəndəki sixillər (klanlar, soylar):

Avazar Bak’iyar Begar Erbixanar Feq’iyar K’akamar Kalats’ar K’ark’arar K’arçuğayar K’aragadayar Mirzağar Muç’ar Naruyar Şebeyar Şat’anar Vadanar

DNA ŞəxsSixilXelhaploqrupKasimov?HilarJ2 (J2-Z6273)

Tanınmış şəxsiyyətləri Abrek Ali Hilivi — Ləzgi abrek, 1837-ci il Quba üsyanının rəhbəri, Qazi Məhəmmədin dostu və sağ əli, xalq qəhrəmanı. Kərim Kərimov (riyaziyyatçı) — Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.

Həmçinin bax Hiloba Tac-Mahal (Qusar)

İstinadlar

Xarici keçidlər

Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qusar rayonunun kəndləri