Elektrenay su anbarı — Litvanın Elektrenay şəhərinin cənubunda, Elektren bələdiyyəsindəki su anbarı. Kaunas su anbarı ilə birləşməsindən 40,8 km aralıda (Nemunas çayının qolu) Streva çayında bəndin yaradılması nəticəsində qurulmuşdur. 2000-ci ildə anbarın sahilində gücü 150 kVt olan "Elektrenay" kiçik su-elektrik stansiyası tikilmişdir.

Coğrafiya Elektrenay su anbarının sahəsi 1240 hektardıPovilaitis A., Taminskas J., Gulbinas Z., Linkevičienė R., Pileckas M. Lietuvos šlapynės ir jų vandensauginė reikšmė. Monografija (лит.). — Vilnius: Apyaušris, 2011. — С. 79. — 368 с (digər mənbələrə görə — 1389 haM. Dapkienė, R. Kustienė. Vandens išteklių naudojimas: mokomoji knyga (лит.). — Kaunas: Ardiva, 2008. — С. 32. — 91 с). Uzunluğu şimaldan cənuba 11 km, qərbdən şərqə 3,1 km-dir. Maksimum dərinliyi 30 metrdən artıqdır (ən dərin yeri keçmiş Yaqudis gölündədir). Su anbarının şimal hissəsi göl, cənub hissəsi çay mənşəlidir. Şərq və şimal sahilləri sıldırım və hündür, qərb və cənub sahilləri isə zərif maili, yerlərdə bataqlıqdır. Sahilləri daha çox qum və çınqıllardan ibarətdir, dibi müxtəlif növ gillə örtülüdür. Ümumilikdə Elektrenay su anbarında ümumi sahəsi 50,5 hektar olan 18 ada var.

Göldə çoxlu sayda su quşu yuva qurur.

Elektrenay su anbarının yaxınlığında səkkiz yaşayış məntəqəsi var: Elektrenay, Stançikay, Qeibonis, Şarkine, Peliunay, Karkuçiay, Pastrevis və Senosios-Kietavişkes.

Tarix ElektrenaY su anbarı 1961-ci ildə (digər mənbələrə görə — 1961–1962-ci illərdəA. Balevičius, E. Bukelskis, A. Ciūnys, V. Stanevičius. Aplinkosaugos sąlygų plaukioti plaukiojimo priemonėmis vandens telkiniuose įvertinimas ir aplinkosauginių kriterijų parengimas. — Vilnius: UAB "Senasis ežerėlis", 2012. — С. 76–79. — 105 с.) Streva çayı bağlandıqdan sonra istilik elektrik stansiyasının tikintisi üçün qurulmuşdur. Su anbarının yerində 8 göl var idi. Perkunkiemis, Anikşyas, Lekaviçiay, Sarkines və Raistine kəndləri su altında qalmışdır. Bu kəndlərdən 140-dan çox təsərrüfat Elektrenaya köçürülmüşdür.

İstinadlar

Mənbə

Kateqoriya:Litva su anbarları Kateqoriya:1961-ci ildə yarananlar