Yuxarı Qələnxur — Azərbaycan Respublikasının Qusar rayonunun Yuxarı Qələnxur kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1790-cı ildə yaradılmışdır.
Toponimikası Yuxarı Qələnxur oyk., mür. Dağətəyi ərazidədir. Keçmiş adı Qələnxur olmuşdur. Sonralar bu kənddən yaranmış yeni kənd Aşağı Qələnxur meydana gəldi və bu yaşayış məntəqəsi Yuxarı Qələnxur adlandırıldı. Qdlətıxur ləzgi dilində “qala kənd” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 599 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri