thumb|309x309px|Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, Cavanşirlər sülaləsinin nümayəndəsi Xurşidbanu Natəvan, onun qumuq əsilzadəsi Xasay xan Usmiyevdən olan övladları Mehdiqulu xan Vəfa və Xanbikə xanım. Azərbaycan zadəganlığı və ya əsilzadəliyi — azərbaycanlılar və azərbaycanlılaşmış qruplar arasında tarixən zadəganlıq titulları daşıyan şəxslər və onların nəsillərinin təşkil etdiyi zümrə.
Xanlıqlar dövründə Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir. Çar Rusiyası dövründə Gəncə qəzasında Zülqədərovlar, Məlikbəylərovlar, Cavanşir qəzasında Cəlalovlar, Ağalarovlar, Rüstəmbəyovlar, Məlikbəylərovlar, Cəbrayıl qəzasında Cavanşirovlar, Quba qəzasında Mirzəyevlər, Salyan qəzasında Şirvanskilər, Şuşa qəzasında Vəzirov, Zəngəzur qəzasında Usmiyevlər, Naxçıvanda Naxçıvanskilər və Kəngərlinskilər böyük torpaq sahibləri idi.
Tarixi arxa plan
Azərbaycandilli sülalələr
XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии. [Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982 Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184. XVI əsrdən başlayaraq İran azərbaycan dilində danışan hökmdarlar və hərbçilər tərəfindən idarə edilirdi.Баку, губернский город // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
XVI əsrdə Azərbaycan türkləri tərəfindən Səfəvilər imperiyası qurulmuşdur.Encyclopædia Iranica: Iran V. Peoples Of Iran. A General Survey The Azeri Turks are Shiʿites and were founders of the Safavid dynasty. Bu imperiyada Azərbaycan feodalları üstünlük təşkil edirdi.G. Doerfer, "Woher stammte Ibn Muhanna?"И. П. Петрушевский, "Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале XIX вв", с. 37Б. Н. Заходер, "Государство Сефевидов"John R. Perry. "Persian in the Safavid Period: Sketch for an Etat de Lanque", Pembroke Papers 4, p. 272, 279Б. П. Балаян, "К вопросу об общности этногенеза шахсевен и кашкайцев" Azərbaycanlılar dövlətin əsas dəstəyi idi, dövləti idarə edirdilər və hərbi zadəganlıq onlar arasından təyin edilirdi.Амир Теймури Мортеза Шахриара, ""Джахангуша-и хакан" как источник по истории Ирана и Хорасана первой половины XVI в", с. 91–92М. С. Иванов, "История Ирана", с. 172М. С. Иванов, "Очерк истории Ирана", с. 61David Blow, "Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend", p. 165И. П. Петрушевский, "Сборник статей по истории Азербайджана", с. 242–243S. Berengian, "Azeri and Persian literary works in twentieth century Iranian Azerbaijan", p. 20 Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi.Mazzaoui, Michel B; Canfield, Robert (2002). "Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period". Turko-Persia in Historical Perspective. Cambridge University Press. pp. 86–7. ISBN 978-0-521-52291-5. Saray dilinin Azərbaycan dili olması nəticəsində paytaxt şəhərlərdə (Təbriz, Qəzvin və İsfahan) bu dilin istifadəsi təşviq edilirdi.Floor, Javadi, 2013. səh. 4 Saray mərasimləri də Azərbaycan dilində aparılırdı.Floor, Javadi, 2013. səh. 5 Səfəvi tacının seçilməsi qarabağlılar kimi xüsusi baş geyimi olan müəyyən qrupların ənənəsinin bir hissəsi idi.Colin Paul Mitchell. "The Sword and the Pen: Diplomacy in Early Safavid Iran, 1501–1555". — С. 178. Səfəvilər dövründən başlayaraq Azərbaycan dili talış dilini daha güclü şəkildə sıxışdırmağa başladı və talış aristokratiyası Azərbaycan dilinin yayılmasına və tədrisinə dəstək verdi.Хусейна Ахмади о талышах в переводе Джафарова "Талыши. От эпохи Сефевидов до окончания второй русско-иранской войны 1826–1828", с. 17
Qacarlar dövləti dövründə Azərbaycan dili sarayın və Azərbaycan tayfalarından təşkil edilmişMuriel Atkin, Russia and Iran, 1780–1828. 2nd. ed. Minneapolis: University of Minnesota Press. 1980. ISBN 0-8166-0924-1, 9780816609246. ordunun dili idi,Law, Henry D. G. (1984) "Modern Persian Prose (1920s-1940s)" Ricks, Thomas M. Critical perspectives on modern Persian literature Washington, D. C.: Three Continents Press s. 132 ISBN 0-914478-95-8, 9780914478959 "cited in Babak, Vladimir; Vaisman, Demian; Wasserman, Aryeh. "Political Organization in Central Asia and Azerbaijan": Ch. E. Davies, "Qajar rule in Fars prior to 1849" "On the next day it became known at Shiraz that Muhammad Shāh’s army consisted of Āzarbaijanī Turks who did not know Persian and had a European general."Denis Wright. The English Amongst the Persians: Imperial Lives in Nineteenth-Century IranБ. П. Балаян, "К вопросу об общности этногенеза шахсевен и кашкайцев" fars dili ilə birlikdə hər iki sarayda (Təbriz və Tehran) geniş yayılmışdı.Ardabil Becomes a Province: Center-Periphery Relations in Iran, H. E. Chehabi, International Journal of Middle East Studies, Vol. 29, No. 2 (May, 1997), 235 Qacar hökmdarları vəliəhd şahzadə olduqları zaman xidmət etdikləri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər. Bunlardan biri olan Məhəmməd şah Qacar Fars və Şirazda "Əlahəzret Məhəmməd Şah-ı Türk-i Azərbaycan" adlandırılırdı.Prof. Dr. Namiq Musalı. Kaçarlar döneminde türk kimliği ve türkçenin konumu meseleleri üzerine (тур.) // Amasya Üniversitesi Sosyal Bilimler Dergisi. — 2018. — C. 2. — S. 131–171. — ISSN 2602–2567.
Xanlıqlar və sultanlıqlar
thumb|352x352px|1796-cı ildə Qasım xanın rus korpusu komandanı qraf Zubovun tabeliliyinə keçməsi
XVIII əsrdə Əfşar imperiyasının parçalanmasından sonra türk mənşəli sülalələrin idarə etdiyi Azərbaycan xanlıqlarının dövrü yarıməsrlik Azərbaycan müstəqilliyi dövrü (Əfşar, Zənd və Qacarlardan asılılığın olmaması və ya qismi asılılığın olması) olmuşdur.Swietochowski, Tadeusz (2004), "Azerbaijani khanates and the conquest by Russia", Russian Azerbaijan, 1905–1920: The Shaping of National Identity in a Muslim Community, Cambridge, UK: Cambridge University Press, ISBN 0521522455
''Thus began a half-century-long period of Azerbaijani independence, albeit in a condition of deep political fragmentation and internal warfare'' Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir.Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition (New York: Columbia University Press), 1995, page 27–28 Xanlıqlar dövrünün sülalələri daha əvvəllər qızılbaşlıq dini-siyasi ideologiyası ətrafında Səfəvilər imperiyasının qurulmasında və idarə olunmasında birbaşa iştirak etmişdilər.
Qarabağ xanlığında bəylər 3 qrupa bölünürdü. Birinci qrupa birbaşa xan ailəsinin üzvləri (xanın qardaşları və onların uşaqları, xanın öz uşaqları və s.) daxil idi.Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi. Qarabağnaməbr. I kit. — Bakı, Yazıçı. 1989, s. 104–148. стр.146 İkinci qrupa Qarabağ xanlarının fərmanları ilə kənd, mahal, məliklik əldə edən şəxslər daxil idi. Birinci və ikinci qrup iyerarxiya baxımından üçüncu qrupdan yuxarıda idi. Azərbaycan xanlıqlarında bəylər, xüsusilə bəy nəslindən gələnlər sosial-iqtisadi həyatda mühüm rol oynayır, xanın xəzinəsindən və ya onlara verilmiş xan torpağından gəlir əldə edirdilər. Onlar xana vergi vermədən torpaq ala, ticarətlə, kənd təsərrüfatı və başqa sahələrlə məşğul ola bilərdi. Bəylərin vəzifəsi həmişə xanların xidmətində olmaq idi.Акты, собранные Кавказской археографической комиссией. Архив Главного управления наместника Кавказскою Издан под редакцией председателя Комиссии А. Д. Берже. Тома I–IX. Тифлис, 1866–1881, т. IХ, док. 213, с. 201
Şahlar tərəfindən İlisu hökmdarlarına verilmiş sultan titulu Azərbaycan iyerarxiyasında xanla bəyin arasında yerləşirdi. Sultandan iyerarxiya baxımından aşağıda sultan ailəsinin nümayəndəsi olan bəylər, digər ailələrdən irsi bəylər, zadəgan irsi daşımadan bəy adlandırılanlar var idi. Sultan və bəylər qismən saxur, qismən türk-azərbaycan mənşəli idi.И. П. Перушевский. Джаро-белоканские вольные общества в первой половине XIX века. — Махачкала, 1993. 73–74, 76–77
XVIII əsrdə Dizaq mahalını idarə etmiş Məlik-Avanyanlar daha sonra İslamı qəbul etmiş və azərbaycanlılaşmışdır.Раффи. Меликства Хамсы, 1600–1827: материалы для новой армянской истории / Перевод с армянского Л. М. Казаряна, отв. ред. Б. А. Улубабян. — Ер.: Наири, 1991. XIX əsrin sonlarında bu nəsil xəttindən azərbaycanlılaşmış sülalələr — Məlikyeqanovlar, Məlikaslanovlar, Məlikabbasovlar gəlmişdir.Məlikaslanovların soyağacı haqqında, N. A. Cavanşir Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh: 25 ISBN 5-86871-204-4 Bəylərbəyliklər, xanlıqlar və sultanlıqların hakim sülalə və tayfalarıSülaləTayfaİdarə edilən ərazilərZiyadoğlular sülaləsiBayat boyundan qacarlar Səfəvilərin Qarabağ bəylərbəyliyi, bəzən Şirvan bəylərbəyliyi və Kaxetiya Gəncə xanlığıİrəvan Qacarları Çuxursəəd bəylərbəyliyi (bəzən) İrəvan xanlığı (uzunmüddətli)ŞahsevənlərCavad xanlığıNaxçıvanskilərBəydilli boyunun ustaclı tayfasından kəngərlilərNaxçıvan xanlığıCavanşirlərƏfşarlarQarabağ xanlığıSərkərlərXançobanlı eliŞirvan xanlığıMüqəddəmlərBayat boyundan müqəddəmlərMarağa xanlığıŞıxlinskilərQazax sultanlığıZülqədərovlarZülqədərlərŞəmşəddil sultanlığıQutqaşınlılarQutqaşen sultanlığı
Tarixi
Çar Rusiyası
Rusiya imperiyası Cənubi Qafqazı ələ keçirdikdən sonra rus idarəçilərin Azərbaycan əsilzadə ailələrinə marağı artmışdır. I Nikolay 1846-cı ilin dekabrında müsəlman əsilzadələrin titul torpaqlar üzərində tamhüquqlu sahiblik səlahiyyətini təsdiq edən qərarnamə qəbul etmişdir. Beləliklə, bəy və ağa statusları çar Rusiyası tərəfindən rəsmi olaraq tanınmış, əsilzadə övladlarına isə dövlət qurumlarında işləməyə icazə verilmişdir. Beləliklə, Səfəvi, Əfşar və xanlıqlar dövründə dövlət tərəfindən əsilzadələrə müvəqqəti verilən dövlət torpağı (tiyul) çarlıq Rusiyası dövründə əsilzadələrin şəxsi mülkiyyətinə çevrilmişdir.
Azərbaycan xan və bəy ailələri SSRİ dövrünə qədər Azərbaycanda elit təbəqəni təşkil etmişdir. Maddi və intelektual resursları əllərində cəmləşdirən bu zadəgan ailələri Çar Rusiyasına tabe olmuş və resurslarını onlarla bölüşmüşdür.
Keçmiş Azərbaycan xanlıqlarının əsilzadələrinin övladları Azərbaycanda rus dilini ilk öyrənənlər olmuş, Rusiya imperiyası ilə əlaqə qurmuş və çara sədaqət andı içmişdilər. Onlar Azərbaycanın yeni kimliyə keçməsinə bələdçilik etmiş, köhnə Azərbaycan ilə yeni rus imperiyası reallığı arasında körpü rolunu oynamışdılar. Bu elita XIX əsrin ortalarında intelektual mübadiləyə və istehsala səbəb olan ədəbi məclisləri formalaşdırmış və onlarda iştirak etmişdir. Bu dövrdə Azərbaycan zadəganı və ziyalısı Abbasqulu ağa Bakıxanov bəylərin və xanların silk imtiyazlarını müdafiə edirdi.Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm. Qanun nəşriyyatı. 368 səh. İstinad səhifəsi 8.