Nohurqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun Nohurqışlaq kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Nohurqışlaq kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nohurqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası XIX əsrə aid məlumata görə, kənd Qəbələ rayonunun Vəndam kəndindən çıxmış ailələrin XIX əsrin ortalarında Nohurqışlaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Nohurqışlaq Dəmiraparançay və Vəndamçayın daşqın sularından, yeraltı sulardan qidalanan böyük su anbarının adıdır. Pambıq tarlalarını suvarmaq üçün anbarın suyu xüsusi kanalla Göyçay çayına axıdılır. Toponim "qışlaqda olan göl" mənasındadır.

Tarixi Kəndin tarixi təxminən XVII əsrin sonu, XVIII əsrin əvvəllərindən başlayır. Kənd ərazisi əvvəllər qışlaq kimi istifadə olunub, sonralar isə əhali oturaq həyat sürməyə başlayıb.

Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 6 km cənub-şərqdə, Dəmiraparançayın sahilində, Alazan–Həftəran vadisində yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları ilə, şərqdən Vəndamçay və meşə massivi ilə, cənubdan Tüntül kəndi ilə, qərbdən isə Dəmiraparançay ilə əhatə olunub.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3041 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq və maldarlıq təşkil edir.

Mühüm təsərrüfat əhəmiyyəti olan Nohur gölü 1950-ci ildə yaradılıb. Nohur göl ətrafındakı Sahil pansionatı kəndin yaxınlığındadır. Pansionatda çalışanların əksəriyyəti Nohurqışlaq sakinləridir.

Kənd yolunu Qəbələ–İsmayıllı magistral xətti ilə birləşdirən 2,5 km uzunluğunda hissəsinə asfalt vurulub.

Əhalinin içməli su ilə təmin olunması üçün artezian quyusu qazılıb, digərinə 25 tonluq su çəni qoyulub və 120 ailəyə su xətti cəkilib.

Mədəniyyəti Kənddə 2008-ci ildə yeni tikilmiş stadion istifadəyə verilib. 256 nömrə tutumlu ATS quraşdırılıb.

Təhsil Kənddə müasir avadanlıqla təhciz olunmuş 480 nəfərlik yeni orta məktəb binası istifadəyə verilib. Bundan başqa kənddə bir uşaq bağçası da fəaliyyət göstərir.

2011-ci ildə Nohurqışlaq kənd orta məktəbi respublika üzrə ilin məktəbi seçilib. Məktəbin yetirmələrindən indiyə kimi bir elmlər doktoru və ondan çox elmlər namizədi vardır.

Din Kənddə Nohurqışlaq kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Şəkillər

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun kəndləri