Leyla Zana () — kürd əsilli Türkiyə siyasətçisi. O, Türkiyə məhkəmələri tərəfindən ölkənin birliyinə zidd hesab edilən siyasi fəallığına görə on il müddətinə həbs edilmişdir. Zana 1995-ci ildə Avropa Parlamenti tərəfindən "Saxarov" mükafatına layiq görülmüş, lakin 2004-cü ildə azadlığa çıxana qədər mükafatı əldə edə bilməmişdir. O, Türkiyə və qonşu ölkələrdəki kürd xalqının insan hüquqları uğrunda dinc mübarizəsinə görə həbs olunduğu üçün Rafto Fondu tərəfindən tanınmış, ardınca 1994-cü ildə "Rafto" mükafatına layiq görülmüşdür.
Erkən həyatı Leyla Zana 1961-ci ilin mayında Türkiyənin cənub-şərqində, Diyarbəkir vilayətinin Silvan şəhərində kürd ailəsində anadan olmuşdur. O, 14 yaşında ikən əmisioğlu Mehdi Zana ilə ailə həyatı qurmuşdur. Mehdi 1977-ci ildən hərbi çevrilişə qədər Diyarbəkir bələdiyyə sədri kimi xidmət etmiş və ondan sonra siyasi məhbus olmuşdur.
Siyasi fəaliyyəti Həyat yoldaşı Mehdi Zana həbs olunduqdan sonra o və digər məhbus yaxınları məhbusların vəziyyəti ilə bağlı maarifləndirməyə çalışmışdılar. Mehdi Zanaya qarşı kürd dilində şeirlər nəşr etdiyi üçün ittihamlar irəli sürülmüşdü. 1987-ci ildə Leyla Zana ilk dəfə işgəncələrə qarşı mitinqdə iştirak etdiyi üçün iki ay müddətinə həbs edilmişdir. 1991-ci ildə Zana Sosial Demokrat Xalq Partiyası (SXP) adından Türkiyə Böyük Millət Məclisinə deputat seçilmişdir. O, andiçmə mərasimindən sonra qanuna zidd olaraq parlamentdə kürdcə danışmış və beləliklə, qalmaqal yaratmışdır. Kürd dili Türkiyədə illərdir qanunsuz elan edilmişdi. Yalnız 1991-ci ildə kürd dili qanuniləşdirilmiş, lakin Zananın çıxış etdiyi parlament kimi dövlət müəssisələrində kürdcə danışmaq qeyri-qanuni olaraq qalmışdır.Nelles, Wayne C. Comparative Education, Terrorism and Human Security. 2003, page 167. Onun çıxışı belə yekunlaşmışdır:
Andın yalnız son cümləsi kürd dilində deyilmişdir. Buna cavab olaraq Türkiyə parlamentində onu "separatçı" və "terrorçu" olmaqda günahlandıran həbs çağırışları səslənmişdir.
Zananın deputat toxunulmazlığı onu qoruyurdu, lakin o, Demokratiya Partiyasına üzv olduqdan sonra həmin partiyanın fəaliyyəti qadağan edilmiş və Zananın toxunulmazlığı ləğv edilmişdir. Zana millət vəkili Mehmed Sincar 1993-cü ildə üstü açılmayan siyasi cinayətlərin istintaqı zamanı öldürüldükdən sonra Qızıltəpədə Sincarın qohumlarını ziyarət edən deputatlardan biri olmuşdur. O, Qızıltəpədə olduğu müddətdə qaldığı evdə partlayan bomba nəticəsində beş qadın həlak olmuşdur, lakin Zana hadisədən sağ çıxa bilmişdir. O, 1994-cü ilin dekabrında Demokratiya Partiyasının digər üç millət vəkili (Hatip Diclə, Səlim Sadak və Orxan Doğan) ilə birlikdə həbs olunmuşdur. Zana dövlətə xəyanətdə və silahlı Kürdüstan Fəhlə Partiyasına (PKK) üzv olmaqda, həmçinin qırmızı, yaşıl və sarı rəngdə geyim geyinməkdə ittiham olunmuşdur. Vətənə xəyanət ittihamı məhkəmə qarşısına çıxarılmamışdı və Zana PKK-ya bağlılığını rədd etmişdir. Buna baxmayaraq, ittiham tərəfi işgəncə altında alındığı iddia edilən şahid ifadələrinə əsaslanaraq, Zana və digərləri 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, hökm oxunarkən demişdir:
1998-ci ildə Zananın cəza müddəti uzadılmışdı, çünki onun yazdığı məktubda kürddilli qəzetlərdən birində dərc edilmiş və guya burada qadağan olunmuş separatizm tərəfdarı fikirlər ifadə edilmişdir. O, həbsdə olduğu müddətdə "Həbsxanadan yazılar" adlı kitab nəşr etdirmişdir.
İstinadlar
Xarici keçidlər CILDEKT International Committee for the Liberation of the Kurdish Parliamentarians Imprisoned in Turkey The Back of the World at Rotten Tomatoes
Kateqoriya:Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi Kateqoriya:Türkiyənin daxil olduğu Avropa İnsan Hüquqları Məhkəməsinin işləri Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Kürd siyasətçilər Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:Saxarov mükafatı laureatları Kateqoriya:TBMM XIX çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:XXI əsr Türkiyə qadınları