İrəm Yaman () — türk taekvondoçusu. 62 kq çəki dərəcəsində ikiqat dünya çempionu (2015, 2019), ikiqat Avropa çempionu (2016, 2018). Şəxsi həyat İrəm Yaman 4 avqust 1995-ci ildə Ankarada anadan olub. Taekvondo ilə 8 yaşında məşğul olmağa başlayıb.
Hacettepe Universitetini İdman Elmləri Fakültəsini bitirib və universitetin taekvondo komandasının üzvü olub. Bakalavr dərəcəsi aldıqdan sonra Konyada Səlcuq Universitetinin idman bölməsində təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra magistr dərəcəsi almışdır.
Karyera Kikboksinq 2012-ci ildə Bratislavada yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya çempionatında Yaman 70 kq-dan yuxarı yeddi kontakt kateqoriyasında bürünc medal qazanmışdır. Bir il sonra o, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən kikboksinq üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır. Taekvondo Yaman beynəlxalq səviyyədə taekvondoda 2014-cü ildə İnsbrukda gənclər arasında keçirilən çempionatda iştirak etməsi ilə debüt edir və burada 67 kq çəki dərəcəsində qalib gəlir.
Bir il sonra Çelyabinskdə keçirilən dünya çempionatının 62 kq çəki dərəcəsində final görüşündə ispaniyalı Marta Kalvo üzərində inamlı qələbə qazanan 18 yaşlı Yaman ilk dəfə dünya çempionu olub.
Sonradan türkiyəli idmançı iki dəfə Avropa çempionu (2016-cı ildə Montro və 2018-ci ildə Kazanda), iki dəfə Universiadanın qalibi (2017-ci ildə Taypey və 2019-cu ildə Napoli) olmaqla, müxtəlif beynəlxalq yarışlarda yüksək səviyyəsini dəfələrlə təsdiqləyib. Böyük Dəbilqə turnirinin qalibi olub (2017-ci ildə Usi).
2019-cu ildə Mançesterdə keçirilən Dünya Çempionatında İrem dünya çempionatlarında karyerasında ikinci qızılını qazanaraq belə bir nailiyyət əldə edən ilk türk taekvondoçusu olur.
2021-ci ildə Yaman idman karyerasını bitirdiyini elan edir.
İstinadlar
Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Taekvondo üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Taekvondo üzrə Avropa çempionları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar