Həkəri FK — Azərbaycanda futbol klubu. 2002-ci ildə qurulmuş, 2 il sonra ədliyyə nazirliyindən qeydiyyatdan keçmişdir. Klub Qubadlı rayonunu təmsil edir. 2009-cu ildə maliyyə problemləri səbəbi ilə fəaliyyətini dayandırıb. Yalnız 2011 ilində yenidən fəaliyyətə başladı. Azərbaycan Birinci Liqasıunda mübarizəyə başlayan klub maliyyə problemlərinin yenidən baş qaldırması səbəbi ilə 3 noyabr 2011-ci ildə AFFAnın İntizam Komitəsinin qərarı ilə liqada çıxışı dayandırılıb.

Tarixi "Həkəri Futbol Klubu" 2000-ci ildə təsis olunub, 2 il sonra isə Ədliyyə Nazirliyindəqeydiyyatdan keçib. Klubun yaradıcısı əslən Qubadlıdan olan, Birinci Qarabağ müharibəsi veteranı Cavanşir Əliyevdir. İlk günlərdən klubda əsasən 1989–90-cı il təvəllüdlü uşaqlar toplanıb, Gənclər və İdman Nazirliyinin keçirdiyi zona yarışlarında 1-ci, şəki şəhərində keçirilən respublika birinciliyində isə 3-cü yeri tutub. 2002-ci ildə isə komanda Həvəskarlar liqasında çıxışa başlayıb. Komanda 2009-cu ilə kimi həvəskar komanda kimi Azərbaycan birinciliyində çıxış edib. Nəticələri pis olmayıb. 2003/04-cü illər mövsümündə respublikanın "ən güclü həvəskar komandası" adını qazanan komanda o vaxt Azərbaycan futbolunakı problemlər üzündən təəssüf ki, UEFA Regionlar Kubokunda iştirak edə bilməyib. 2005/06-cı illər mövsümündə isə 2-ci yeri tutan "Həkəri" bir daha 2008/09-cu illər mövsümündə medalçılar sırasına düşüb. 3-cü yeri tutan komanda maddi çətinliklərdən yana fəaliyyətini dayandırıb. 2 il sonra yenidən "dirilən" komanda bu dəfə peşəkar statusu ilə Azərbaycan Birinci Liqasıda mübarizəyə qoşulub. Klub maliyyə problemləri yaranması səbəbi ilə oyunlarda iştirak edə bilməyib. Peşəkar klub olaraq "Həkəri" liqada cəmi 7 oyunda görünüb.

Oynanan Oyunlar Tarix Qarşılaşma Hesab12 sentyabr 2011Həkəri — Göyəzən0–018 sentyabr 2011MOIK FK — Həkəri FK1–125 sentyabr 2011Həkəri FK — Muğan FK (Salyan)0–23 oktyabr 2011Tərəqqi FK (Gəncə) — Həkəri FK1–28 oktyabr 2011Həkəri FK — Şahdağ FK1–015 oktyabr 2011Lokomotiv FK (Biləcəri) — Həkəri FK4–130 oktyabr 2011Şuşa Fk — Həkəri FK1–0

Həmçinin Bax Azərbaycan futbol klublarının siyahısı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Həkəri (çay)

İstinadlar

Kateqoriya:Qarabağ futbol klubları