Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb — Lənkəran şəhərində ümumi təhsil müəssisəsi.
Tarix
Rus Çarlığı dönəmi (1856–1918) 1827-ci ilin oktyabr ayında xalq maarifi nazirliyinə müraciət edilərək Zaqafqaziyada qəza məktəblərinin açılması xahiş olunur və Peterburqda bu xahişin yerinə yetirilməsinə razılıq da verilir. Lakin həmin illərdə Lənkəranda məktəb açmaq üçün əlverişli bir bina tapılmır. 1850-ci ildə Nuxa (Şəki) və Salyanla yanaşı Lənkəranda da "Müsəlman məktəbi" açıldı. Lənkəran məktəbinin təşkilində Mir Əlibəy Talışxanovla Mirzə Məmmədəli Səfiyevin xüsusi xidməti olmuşdur. Onlar məktəb üçün mebel əldə etmiş, Səfiyev həm də rus dilini pulsuz tədris etməyi öhdəsinə götürmüşdü. thumb|Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin köhnə binasının I korpusu (kollektivlə) 1960-cı illər. Bina 1856–1973 1853-cü ildə qəbul edilmiş yeni məktəb nizamnaməsinə əsasən Quba, Ordubad (1854) və Lənkəranda (1856) birsinifli ibtidai, Şamaxıda isə ali dördsinifli məktəb (1854) açıldı. 1856-cı il sentyabrın 21-də ibtidai məktəbin fəaliyyətə başlaması ilə Lənkəranda ümumi təhsil verən ilk dövlət məktəbinin əsası qoyuldu. Məktəbin ilk direktoru Çeripov olmuşdur. 1870-ci ildə Lənkəran birsinifli ibtidai məktəbi ikisinifli ibtidai məktəbə çevrildi.
Məktəbin XIX əsrin sonlarında yeri dəyişsədə 1907-ci ildə Mirzə İsmayıl Qasirin Lənkəranda açdığı Üsuli-Cədid məktəbi ilə indiki Lənkəran şəhər 1 nömrəli məktəb əvvəlki yerlərinə köçmüş, beləliklə məktəbdə azərbaycandilli və Rus dilli şöbələr fəaliyyət göstərmişdir. thumb|Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin köhnə binasının II korpusu (kollektivlə) 1960-cı illər. Bina 1856–1973
Azərbaycan Xalq Cümhuriyyəti və Muğan Sovet Respublikası dönəmi (1918–1920) 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində məktəbin bir hissəsi Qış Teatrı kimi fəaliyyət göstərmişdir. Elə bu ildə oğlanlarla birgə qızlarında dövlət məktəbində təhsil alması qanunu qəbul edilmişdir. Amma, 1919-cu ildə Muğan Sovet Respublikası qurulandan sonra bu qanun ləğv olur. 1919-cu il 15 may tarixindən 18 maya qədər MSR-ın qurultayıda elə burada keçirilir.
SSRİ dönəmi (1920–1991) 1922-ci ildə SSRİ-də də qızların dövlət məktəblərində təhsil hüququ qanununun qəbulu ilə qızların dövlət məktəblərindəki təhsili bərpa olunmuşdur. Elə bu ildə məktəbin yeni binası açılmış və bu məktəbdə müəllim və şagird sayının artmasına səbəb olmuşdur.
Məktəbdə 3 əməkdar müəllim, 2 metodist müəllim, şair müəllimlər və çoxlu ali savadlı müəllim təhsil vermişdir.
Məktəb 1973-cü ilədək indiki Lənkəran şəhər Mərkəzi Parkında fəaliyyət göstərsədə, o il Zabitlər Evinin həyətinin artırılması və şəhərdə park açmaq məqsədilə məktəb indiki binasına köçürülmüşdür.1982-ci ilin mart ayında Azərbaycan Xalq Maarifi məktəbin 125 illiyinin keçirilməsi qərarını qəbul edir.
thumb|Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin yeni binasının girişi (kollektivlə) — 1980–90-cı illər. thumb|Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin yeni binasının girişi (təmirdən əvvəl) 30 sentyabr 1982-ci ildə məktəbin 125 illiyi səbəbi ilə məktəb AzSSR Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 2 müəllimi AzSSR-nin əməkdar müəllimi mükafatı ilə və 3 müəllim AzSSR Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
Müstəqillik dönəmi (1991) 5 aprel 1993-cü ildə Lənkəran şəhər sovetinin bələdiyyə iclasının qərarına əsasən, məktəbə, məktəbin məzunu, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bağırovun adı verilmişdir. Məktəb 2023-cü ilin yanvar ayından sentyabr ayına qədər qəzalı vəziyyətə və alət çatışmazlığına görə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. 18 sentyabr 2023 tarixində məktəbin təntənəli açılışı olmuşdur.
İndiki Müasir 1 nömrəli Məktəbdə cavan nəsil müəllimlər o cümlədən Əhmədova Vəfa, Hüsenyova Leyla, Adıgözəlova Günel, Axundova Gülnar, Kərimova Nərmin, Həsənova Günay, Kazımova Pərvinə, Şahbazlı Validə və sairə müəllimlər məktəbdə ictimai işlərdə nəinki rayonda o cümlədən respublikada fərqlənir. Məktəbdə psixoloji işlərin gedişatı, şagird və müəllimlərin psixoloji tarazılığı məktəb psixoloqu Kəmalə Miriyeva tərəfindən mükəmməl yerinə yetirilir. Psixoloji tədbirlər mükəmməl vəziyyətdə keçirilir. Məktəbdə o cümlərdən tərbiyəvi işlərin yerinə yetirilməsi, mədəni, irsi, mənəvi tədbirlərin yetirilməsi və iştirak edilməsi Tərbiyə işləri üzrə Direktor Müavini Nüşabə Cabbarova tərəfindən, informatik, intellektual, təlim tipli ədbirlərin yetirilməsi və iştirak edilməsi Tərbiyə və Təlim üzrə Direktor Müavini Ruhəngiz Həsənova tərəfindən yerinə yetirilir. Məktəbdə xarici nümayəndələr o cümlədən Avropa Şurasının, Xarici dövlətlərin Azərbaycan konsulluq və səfirliklərinin təhsil və təlim proqramlarında məktəblilər və müəllimlər aktiv iştirak edir. thumb|Lənkəran şəhər 1 nömrəli tam orta məktəb ümumi görünüş 2025
thumb|Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin girişi təmirdən sonra
Məktəbdə 25 yanvar 2023-cü ildə məktəb müəllimi Gülnar Axundova tərəfindən "Yarışçı" adlanan yarış komitəsi quruldu və o zamandan hər ay məktəbdə şagirdər arasında könüllülər dəstəsi ilə əməkdaşlıqla yarışlar keçirilir.
Məktəbin "ZƏFƏR Lənkəran" komandası 2023-cü ildə Respublika üzərində 13-cü, Region üzərində 1-ci yeri tutmuşdur. Region üzrə liderlik komandanın artıq bir neçə ildir ki, ənənəsinə çevrilmişdir. Məktəbdə Şagird Parlamenti də fəaliyyət göstərir.Məktəbin ağbirçək müəllimlərindən biri texnologiya fənn müəlliməsi Sədaqət Kazımovanın başçılığı altında məktəb şagirdlərinin əl işləri isə Zaqafqaziyada ün salmışdır.
Loqo thumb|Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin loqosu ağ və yaşıl fonda Məktəbin 11 aprel 2023-cü ildə qəbul etdiyi loqoda Dəfnə yarpağı, "1856" yazısı, 4 ədəd 8-guşəli ulduz,Azərbaycan bayrağı rənglərində olan 3 çevrə, 11 ədəd halqa (içəridə), Kitab, "1 №" yazısı və Məktəb binası vardır. Dəfnə — Tərəqqi, Qalibiyyət və Rifahı;
"1856" — Məktəbin yaradıldığı 1856-cı ili;
8-guşəli ulduz — Azərbaycan Respublikasını;
Azərbaycan bayrağı rənglərində olan 3 çervə — Azərbaycan bayrağını və ona əsasən; Mavi — Türkçülüyü;
Qırmızı — Müasirliyi;
Yaşıl — İslam dinini;
11 ədəd halqa — Məktəbin 11 sinfini, məktəb-təhsil pillələrini, şagird, müəllim və məktəb işçilərini;
Kitab — Təhsili;
"1 №" — Məktəbi (1 nömrəli olmağını)
Məktəb binası — Məktəbi bildirir.
Loqoda Azərbaycan dilində (Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb) və İngilis dilində (Full secondary school number 1 named afer Mehman Bagirov, Lankaran city) məktəbin adı yerləşir.
Xatirəsi 1982-ci ilin mart ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin 125 illiyi təntənə ilə keçirmişdir.
2021-ci ilin sentyabr ayında Lənkəran Şəhər Təhsil Şöbəsi Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin 165 illiyi təntənə ilə keçirmişdir.
Şəhid Məzunları Qüdrət Bağırov — Birinci Qarabağ müharibəsi şəhidi
Mais Abbasov — 1999-cu ildə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda şəhid olmuşdur.
Mehman Bağırov — Birinci Qarabağ müharibəsi şəhidi
Ramiz Mustafayev — Birinci Qarabağ müharibəsi şəhidi
Şahin Məmmədov — 20 yanvar şəhidi
Əli Mehtizadə — İkinci Qarabağ müharibəsi şəhidi
Elşad Zeynallı — İkinci Qarabağ müharibəsi şəhidi
Bəzi Tanınmış Məzunları Səməd bəy Mehmandarov
Əkbər xan Talışinski
Şirəli Axundov
Əlimuxtar Qasımov (Dossent)
Xudaverdi Kələntərli (Professor)
Əliəkbər Əliyev
Mirzə Ağaəli Əliyev
Mirzə İsaq Mövsümzadə
Həzi Aslanov
Mirməmməd Cavadzadə
Teymur bəy Bayraməlibəyov
Bəzi Tanınmış Müəllimləri Müslüm Maqomayev (Bəstəkar)
Pənah Qasımov
Mirhaşım Talışlı
Teymur bəy Bayraməlibəyov
Mirzə Ağaəli Əliyev
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə təhsil müəssisələri Kateqoriya:1856-cı ildə yarananlar Kateqoriya:21 sentyabrda yarananlar Kateqoriya:Lənkəran Kateqoriya:Lənkəran rayonunun orta təhsil müəssisələri Kateqoriya:Azərbaycan məktəbləri Kateqoriya:Məktəb qaralamaları Kateqoriya:Lənkəranda təhsil Kateqoriya:Azərbaycan təhsil müəssisələri Kateqoriya:Lənkəranda orta təhsil müəssisələri