Mollaşıxalı — Azərbaycan Respublikasının Qəbələ rayonunun Mollaşıxalı kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Mollaşıxalı. Ehtimallara görə şəxs adından götürüldüyü bildirilir. Burada 309 nəfər yaşayır və 90 təsərrüfatı var. Əhali əsasən heyvandarlığı inkişaf etdirir. Taxıl zəmiləri, digər məşğuliyyət sahələri də gəlir gətirən mənbələrdir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009. Kəndlə Qəbələ–Ağdaş yolunun arası 6 km-dir. Zalamla bitişik olduğundan qonşu kəndin məktəbi və uşaq baxçasından istifadə edilir. Ərazidə icra nümayəndəliyi üçün yeni inzibati bina istifadəyə verilib.
Toponimikası Mollaşıxalı oyk., sadə. Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. Yaşayış məntəqəsi mollaşıxalı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Molla Şıxalının kəndi, mollaşıxalılar, mollaşıxalıgillər" mənasmdadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 318 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri