Epitalama — (Yunanca ἐπιθαλάμιον epithalamion - ἐπί epi "haqqında", "aid" və θάλαμος thalamos toy sözlərindən götürülmüş "toya aid" deməkdir.) Antik poeziyada toy nəğmələri. Toyda oxunan nəğmələr.
Mənşəyi Yunan sözü olan epitalama toy nəğmələrinə deyilirdi. Əsas məzmunu təzə ailə quran gənclərin gözəlliyinin təsvirindən və onlara xoşbəxtlik, səadət arzulamaqdan ibarət olurdu. Bu nəğmələrin bir qismi zifaf gecəsi, bir qismi isə səhər-səhər gəlinlə bəyi yuxudan oyandırmaq üçün oxunurdu. Hər iki halda nəğmədə gəlinlə-bəyin tərifi verilir, xoş arzular dilə gətirilirdi. Adətən evlilik tanrısı Hymen üçün söylənən nəğmələrdən ibarət olurdu. Oxşar motiv antik Romada da vardı. Sadəcə Romada bu nəğmələr bütün qonaqlar getdikdən sonra gənc qızlar tərəfindən oxunurdu.
Ədəbi janr olaraq inkişafı Epitalama lirikanın xüsusi janrı olaraq e.ə. VIII-VI əsrlərdə təşəkkül tapmış, Sapfo, Kantull, Feokrit, Pindar kimi şairlər bu janrda şeirlər yazmışlar. Fransız ədəbiyyatında Ronsard, Malherbe, Scarron, italyan ədəbiyyatından Metastasio bu janrda əsərlər yaratmışlar. Edmund Spenserin 1595-ci ildə qələmə aldığı şeiri bu janrın ən gözəl nümunələrindəndir. Ben Jonson, Jon Donne, Francis Quarles, Alfred Tennison və s. kimi şairlər bu janra müraciət etmişlər.
Həmçinin bax Qədim Yunanıstan mədəniyyəti İstinadlar
Kateqoriya:Antik ədəbiyyat Kateqoriya:Antik incəsənət Kateqoriya:Şeir formaları Kateqoriya:Musiqi Kateqoriya:İncəsənət janrları Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Qədim Yunanıstan mədəniyyəti Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri