Bəyli — Azərbaycan Respublikasının Qəbələ rayonunun Bəyli kənd inzibati ərazi dairəsində kənd.
Kənddə əhali heyvan saxlayır, taxıl əkirlər. Üzüm əkiminə isə demək olar ki, yenicə başlanılıb. Təzə salınmış sahələrə qulluq göstərən sakinlər üzümçülüyün inkişafına səy göstərirlər. Artıq yeni bağlar becərilib, bu minvalla gələcəkdə bu məhsulun bol olması gözlənilir. Çünki kəndin üzümçülüyə yararlı münbit torpaq sahəsi var.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Etimologiyası Kənd Şəki yaylasındadır. Yerli əhalinin dilində Bəyli kimi işlənir. Keçmiş adı Yemişanlı olmuşdur. Oykonim "bəyə məxsus kənd" mənasında izah olunur. 1933-cü ildə Kürdəmir r-nunun Axtaçı i.ə.v.-də də Bəyli kəndi qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 346 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri