Günay Tapdıq qızı Rzayeva () — Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) (2022-ci ildən).
Həyatı Günay Rzayeva 29 yanvar 1990-cı ildə Naxçıvan şəhərində anadan olub.
Təhsili 2008-ci ildə Naxçıvan Qızlar Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 2008–2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır.
Fəaliyyəti 2011–2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində böyük mütəxəssis-dəftərxana müdiri, 2014–2015-ci illərdə hakim köməkçisi vəzifəsində çalışmışdır. 2020–2021-ci illərdə Babək Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 2021–2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
Mənbə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin rəsmi səhifəsi (Ombudsman) — http://ombudsman.nakhchivan.az Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib — https://nnk.gov.az/singleNews?news=82 Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib — https://www.azerbaijan-news.az/az/posts/detail/altinci-cagiris-naxcivan-muxtar-respublikasi-ali-meclisinin-yeddinci-sessiyasi-kecirilib-1657998046 Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin rəsmi səhifəsi (Ombudsman) — http://ombudsman.nakhchivan.az/page.php?lang=az&page=35/
Həmçinin bax Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili
Kateqoriya:Naxçıvan Muxtar Respublikasında siyasət