I Joslen () və ya Kurtenaylı Joslen () () — Edessa qrafı.Runciman, Steven (1951) . A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East. Cambridge: Cambridge University Press

1101-ci ildə tərtiblənən səlib yürüşüylə Ön Asiyaya gələn Joslen, ilk öncə Edessa qrafı Burklu Baldvinin hərbi birliklərində xidmətə başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemond və Edessa qrafı Burklu Baldvinlə birlikdə əsir düşdü.

1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi. Qraflıq isə səlcuqlulara qarşı mühüm müdafiə məntəqəsi hesab edilən Turbessel qalasının hakimi Kurtenaylı Joslenə keçdi. Ancaq səlcuqlarla olan mübarizədə məğlub olan I Joslen 1122-ci ildə yenidən əsir düşdü. Üstəlik bu dəfə, onu xilas etməyə gələn Qüds kralı II Baldvin də əsir alındı. Bir il sonra əsirlikdən qaçan I Joslen ertəsi il II Baldvinin də azadlığa buraxılmasına nail oldu. Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi.

Mənbə

Elisseeff, N. (1991). "Manbidj". In Bosworth, C. E.; van Donzel, E. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, Second Edition. Volume VI: Mahk–Mid. Leiden: E. J. Brill. pp. 377–383. ISBN 978-90-04-08112-3 Nicholson, Robert L. (1969) . "The Growth of the Latin States, 1118-1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years (Second ed.). Madison, Milwaukee, and London: University of Wisconsin Press. ISBN 0-299-04834-9 Fink, Harold S. (1969) . "The Foundation of the Latin States, 1099-1118". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years (Second ed.). Madison, Milwaukee, and London: University of Wisconsin Press. ISBN 0-299-04834-9

İstinadlar

Kateqoriya:XII əsr Asiya hökmdarları