Oleq Ryabov (; ) — Rusiya yazıçısı, şairi və publisisti, Rusiya Yazıçılar Birliyinin üzvü (2002), "Nijni Novqorod" jurnalının baş redaktoru
Həyatı Oleq Alekseyeviç Ryabov 18 iyul 1948-ci ildə Qorki, indiki Nijni Novqorod şəhərində anadan olmuşdur. A. A. Jdanov adına Qorki Politexnik İnstitutunu bitirmişdir. Radiofizika Elmi-Tədqiqat İnstitutunda (yerdənkənar sivilizasiyaların problemləri ilə məşğul olur), Giproqazsentr Elmi-Tədqiqat İnstitutunda, regional kitab mağazasında, "Nijpoliqraf" nəşriyyatında işləmişdir. Hazırda "Книги" ("Kitablar") nəşriyyatının direktorudur. Rusiya PEN Mərkəzinin Milli Bibliofillər Birliyinin üzvüdür. "Nijni Novqorod" jurnalının baş redaktorudur. 2002-ci ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. Oleq Ryabov hazırda Nijni Novqorodda yaşayır və işləyir.
Yaradıcılığı Oleq Ryabovun ilk əsəri 1968-ci ildə yayınlanmışdır. Onun ədəbi uğurları əsasən şeir və nəsr sahəsində özünü göstərmişdir. Müxtəlif janrlarda qələmə aldığı yazıları "Naş sovremennik", "Neva", "Sever", "Selskaya molodyoj", "Gənc qvardiya", "Vətən", "Kiril", "Nevski almanax" və s. jurnallarda dərc olunmuşdur. Həmçinin əsərləri "Rus şairləri: XXI əsr", "Rus şairlərinin duaları", "Hərbi poeziya antologiyası" və başqa nüfuzlu antoloji toplularda yayınlanmışdır. Oleq Ryabovun yaradıcılığı haqqında Zaxar Prilepin, Roman Sençin, Platon Besedin, Andrey Rudalev, Pavel Basinski və başqaları yazmışlar.
Kitabları Письма отца (повесть). Москва: 1988 Август (стихи). Нижний Новгород: 1994 Я никуда отсюда не уеду (стихи). Нижний Новгород,:2002 Исповедь ослика (стихи). Нижний Новгород: 2004 Дороги, которые не выбирают (повесть). Нижний Новгород: 2005 Роза Сахары (стихи). Нижний Новгород: 2007 Лучинник (стихи). Нижний Новгород: 2008 Когиз (роман-сюита) Нижний Новгород: 2009 Посещение… (стихи). Нижний Новгород: 2010 Когиз (2-ое издание). Москва: АСТ, 2011 Утки не возвратились (стихи). Нижний Новгород: 2012 Четыре с лишним года, Военный дневник. Москва: АСТ, 2012 Убегая, оглянись или возвращение к Ветлуге. Нижний Новгород: Деком, 2015 Девочка в саду (рассказы). Москва: Эксмо, 2016 Сад осенью. стихи, Нижний Новгород: 2017 Осторожно – женщина (рассказы). Москва: Вест-Консалтинг, 2018 Когда-то в городе Горьком (рассказы). Нижний Новгород: "Книги", 2020
Mükafatları 2003 — "Mən buradan heç yerə getməyəcəyəm" şeirlər kitabı üçün Nijni Novqorod mükafatı. 2008 — "Luchinnik" şeirlər kitabı üçün Nijni Novqorod mükafatı. 2012 – İvan Bunin mükafatı ("Ördəklər qayıtmadı" toplusuna görə) 2013 — Yasnaya Polyana laureatının qısa siyahısı ("Dörd ildən artıq" toplusuna görə). 2013 — "Qızıl Delviq" mükafatının uzun siyahısı ("Kağız" romanına görə). 2013 — "Aleksandr Suvorov" medalı 2016 — Boldin Mükafatı ("Qaçmaq, geriyə baxmaq və ya Vetluqaya qayıtmaq" romanına görə) 2016 — Puşkin medalı (26 avqust 2016) — milli mədəniyyətin və incəsənətin inkişafında böyük xidmətlərinə, uzun illər səmərəli fəaliyyətinə görə. 2021 — "Nijni Novqorodun 800 illiyi" xairə medalı
İstinadlar
Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr Rusiya yazıçıları