Kətəlparaq — Azərbaycan Respublikasının Bərdə rayonunun Kətəlparaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Qarabağ düzündədir. Kalboyəhmədli də adlanır. Yaşayış məntəqəsi 1949-1950-ci illərdə indiki Ermənistan ərazisindəki qədim Azərb. torpaqlarından köçürülmüş azərb. ailələrin Kətəlparaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim azərb. dilinin dialektlərindəki kətəl (dik yer, kotan tutmayan yer) və paraq (mal-qara saxlamaq üçün hasarlanmış yer, ağıl) komponentlərindən düzəlib, "dik yerdə düzəlmiş ağıl" mənasındadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.397
Əhalisi Vəliyev Səyyad Vəli oğlu — şair.
Həmçinin bax Kətəlparaq bələdiyyəsi
İstinadlar
Kateqoriya:Bərdə rayonunun kəndləri Kateqoriya:1950-ci illərdə yaranan yaşayış məntəqələri