İlhan Tekeli () — Türkiyə sosioluqu, şəhər və bölgə planlayıcısı. İbtidai və orta təhsilini İzmirdə tamamlamışdır. İstanbul Texniki Universitetinin İnşaat Mühəndisliyi fakültəsini bitirmişdir. 1964-cü ildə Orta Doğu Texniki Universitetində Şəhər və Regional Planlaşdırma sahəsində, 1966-cı ildə Pensilvaniya Universitetində magistr dərəcəsini bitirmişdir.
O, "Memarlığa töhfə" mükafatının laureatıdır. 2016-cı ildə Sakıp Sabancı Beynəlxalq Araşdırma Mükafatını qazanmışdır. Sosial elmlər sahəsində bir çox mükafatlara sahibdir. Elmlər Akademiyası Cəmiyyətinin yaradıcılarından biridir. Şəhərçilik və sosial elmlər sahəsindəki işlərinə görə mədəniyyət sahəsində XXI Vəhbi Qoç mükafatına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Türkiyə sosioloqları Kateqoriya:Türkiyə mühəndisləri