Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir.

Toponimikası XIX əsrin axırlarında həmin rayondakı Zeynəddin (indiki Yuxarı Zeynəddin) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.

Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 3 km qərbdə, Ləki dəmiryolu stansiyasından 13 km aralı, Şirvan düzündə yerləşir.

Əhalisi Nəbiyev Yusif Elton oğlu – katib

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağdaş rayonunun kəndləri