Onaqr () — Qulanın yarımnövü olan at cinsindən olan təkbarmaqlı heyvan. İran və Suriyadan Hindistanın şimal-qərbinə qədər uzanan qayalı yaylalarda yaşayır. Etimologiya "Onaqr" sözündən gəlir ( — eşşək və — tarla.).
Bioloji təsvir Heyvanın təbiətdə hündürlüyü 1,2 m, uzunluğu isə 2 m, qulaqları eşşəkdən nəzərəçarpacaq dərəcədə qısadır. Rəngi yayda qırmızımtıl, qışda isə sarımtıl, quyruğundakı qotaz açıq qəhvəyi, ağzın ucu və gövdənin aşağı hissəsi ağdır.
İstinadlar
Kateqoriya:1785-ci ildə təsvir edilən məməlilər Kateqoriya:İran faunası Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər