Əli İsayev () — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2009-cu il Avropa Çempionatının qalibi.
Karyerası Əli İsayev 2005 və 2006-cı illərdə Rusiya Çempionatlarının bürünc medallarına sahib oldu. Rusiya yığmasının heyətində Dünya və Avropa Çempionatlarında, həmçinin nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilməyən Əli İsayev 2007-ci ildə Azərbaycan Güləş Federasiyası tərəfindən Azərbaycan yığmasının heyətinə cəlb edildi.
2007-ci ilin aprelində Bolqarıstanda Avropa Çempionatında beşinci pilləyə sahib olan Əli İsayev sentyabrda Azərbaycanda Dünya Çempionatını 8-ci pillədə başa vurdu.
Əli İsayev 2008-ci ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu. Apreldə isə o, İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. İyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Əli İsayev avqustda Azərbaycanı olimpiada da təmsil etdi.
Əli İsayev olimpiadanın 1/8 final mərhələsində 2004-cü il Afina Olimpiadasının qalibi Özbəkistan nümayəndəsi Artur Taymazov ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində Əli İsayev rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Görüşün növbəti hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutsa da, nəticədə Əli İsayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazandığına görə Əli İsayev təsəlliverici qrupda mübarizə apardı. Bu qrupun birinci görüşündə onun rəqibi Kuba nümayəndəsi Disney Rodrigez oldu. Həmin görüşdə Əli İsayev rəqibinə məğlub oldu və olimpiadanı 12-ci pillədə başa vurdu.
Olimpiadadan sonra Əli İsayev 2009-cu ildə Azərbaycan idmanı tarixinə düşdü. Yanvarda İvan Yarıgin beynəlxalq turnirini beşinci pillədə başa vuran martda Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qızıl medalına sahib oldu. Əli İsayev bu çəki dərəcəsində Avropa çempionu adını qazanan birinci Azərbaycan güləşçisi oldu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin finalçısı olan Əli İsayev sentyabrda Dünya Çempionatını 8-ci pillədə başa vurdu.
2010-cu ildə isə Əli İsayev Azərbaycanda Avropa Çempionatını 14-cü, Rusiyada isə Dünya Çempionatını 5-ci pillədə başa vurdu və sadəcə Qızıl Qran-Pri beynəlxalq turnirində medala sahib ola bildi. 2011-ci ildə Əli İsayev Azərbaycan yığmasının liderinin gənc Camaləddin Məhəmmədov olmasına görə Dünya və Avropa Çempionatlarında çıxış eləmədi. Bundan sonra Əli İsayev 2011-2016-ci illərdə əsasən Azərbaycanda Qızıl Qran-Pri və Rusiyada Əli Əliyev beynəlxalq turnirlərdə çıxış etdi. 2016-cı ildə idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Azərbaycan12007Avropa Çempionatı Bolqarıstan5.2Almaniya Qran-Prisi Almaniya5.3Dünya Çempionatı Azərbaycan8.42008Avropa Çempionatı Finlandiya2.5Dünya Olimpiya Təsnifat Turniri İsveçrə7.6Qızıl Qran-Pri Azərbaycan1.7Olimpiya Oyunları Çin12.82009İvan Yarıgin Turniri Rusiya5.9Avropa Çempionatı Litva1.10Qızıl Qran-Pri Azərbaycan2.11Dünya Çempionatı Danimarka8.112010Avropa Çempionatı Azərbaycan14.12Qızıl Qran-Pri Azərbaycan3.13Dünya Çempionatı Rusiya5.142011Əli Əliyev Turniri Rusiya7.15Qızıl Qran-Pri Azərbaycan5.162012Kiyev Turniri Ukrayna18.17Qızıl Qran-Pri Azərbaycan3.18Əli Əliyev Turniri Rusiya3.192013Əli Əliyev Turniri Rusiya10.20Qızıl Qran-Pri Azərbaycan2.212014Əli Əliyev Turniri Rusiya1.22Qızıl Qran-Pri Azərbaycan8.232016Əli Əliyev Turniri Rusiya3.24Qızıl Qran-Pri Azərbaycan10.
İstinadlar
Kateqoriya:Rusiyanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri